Hərbi hospitalda qazinin ayağının amputasiyasına niyə icazə vermirlər? - Boş yerə silinin pullar... İDDİA
19-11-2023, 11:39
Bir acınacaqlı faktı sizinlə bölüşüm. Həkimlər bunu bilir amma çəkinir, ictimailəşdirmir.
Deməli bir neçə qazi var ki, ayaq tamamilə sıradan çıxıb. Nəinki sağala bilər, hətta həmin qazilərin həyatını cəhənnəmə çevirir. Aylarla zülm çəkir. Yalvarır ki, mən belə ayağı istəmirəm. Kəsin bunu.
Ən yaxşı həkimlər ümumi rəy verib ki, ayaq kəsilməlidir. Tibbi dildə amputasiya olunmalıdır və yerinə protez qoyulması xəstənin həyat keyfiyyətini yaxşılığa dəyişər.
Amma hərbi hospital həmin qazilərin ayağını kəsməyi qadağan edib bütün həkimlərə. Deməli qazinin ayağını hər 3-4 aydan bir boş yerə əməliyyat edirlər. Özləri də bilir ki, bunun heç bir mənası yoxdur. Amma kəsmirlər. Sadəcə ayaq üzərində müxtəlif əməliyyatlar edib hər dəfəsində də Yaşat fondundan minlərlə manat pullar silinir.
Çünki hospital rəhbərliyinə qazilərin yararsız və sağalmayan, çarəsiz ayaqlarını kəsib problemi kökündən həll etməkdənsə onu 10-15 dəfə boş yerə əməliyyat etmək maddi cəhətdən sərfəlidir.
Elə qazi var ki, ayağıni 20 dəfə əməliyyat edirlər. Adam intihar həddindədir. Yalvarib-yaxarır ki, istəmirəm bu ayağı, bundansa protezlə gəzərəm.
İşin peşəkarı həkimlər də deyir bu ayaqdan ayaq olmaz. Sağalmayacaq. Amma kəsmək qadağandır.
Göstəriş budur ki, salın xəstəni bir də əməliyyat edin. Qəti kəsməyin ayağı.
Tibbi jurnalist olaraq soruşuram - Nə deməkdir bu?
Niyə bunun qarşısı alınmır? Kim məsuliyyət daşıyır?
Yaşat fondundan silinən o pullarla yüzlərlə qaziyə effektiv kömək etmək olar axı
tibbi jurnalist Ramil Nəcəfli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.