Lənkəranın küçələrinin halına ağlayan lazımdır... FOTOFAKT

21-11-2023, 08:09           
Lənkəranın küçələrinin halına ağlayan lazımdır... FOTOFAKT
Bu gördüyünüz hal artıq Lənkəran şəhərinin folkloruna çevrilib. Xəndəklər bərbad vəziyyətdə güya təmizlənir və içərisindən çıxarılanlar günlərlə bəzən bir ay bu vəziyyətdə qalır.
Əgər buna təmizlik demək olarsa, görüyünüz təmizlənmiş halıdır. Bəlkədə bələdiyyəmiz Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə Novruz bayramını səhv salıb, indidən tonqal kimi düzüb yollara zibilləri ki, şəhər sakinləri Novruzda tonqaldan tullanmağı praktika etsin. Şəkillərdən də göründüyü kimi yolda bir ədəd belə zibil atmaq üçün zibilqabı yoxdur.
Əhali də məcbur olub üstü açıq xəndəklərə tullayır əlindəkini. Mədəniyyət sahibi olan əlində və ya çantasında saxlayır olmayan isə hətta evində yığılan zibilləri də paket şəkilində ağac dibinə qoyub gedir.
Onsuz da şəhərimiz səkidən yoxsundur. Bu zibilləri hansı ağılla asvalt üstünə boşaldırlar? Səki yox, asvalt zibil. Bu halda əhali nə etsin?
Maşınların üstünə çıxsın, yoxsa qanad çıxarıb uçsun? Nəzərinizə çatdırım ki, şəkildə gördüyünüz küçə Lənkəran Şəhər Prokrorluğunun yerləşdiyi küçədir. Oranın işçilərindən biri belə soruşa bilmir ki, bu nə haldır belə? Şəhərin mərkəzində axı niyə bu biabırçılıqa yol verilir?
Leyla
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdır.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.