QAZAXDA YAŞILLIQLARA QARŞI NÖVBƏTİ QƏTLİYAM - H.Əliyevin yadigarına hörmətsizlik...
26-11-2023, 00:07
Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi ilə əlaqədar ulu öndər Heydər Əliyevin 1999-cu il 21 fevral tarixli Sərəncamına əsasən,
Qazax şəhərinin şərq girəcəyində “Dədə Qorqud” meydanı salınmışdır.
2005-ci ildə meydan tamamilə yenidən qurulmuşdur və 5 min kvadratmetr sahəni əhatə edir. Meydanda Dədə Qorqudun 9 metr hündürlüyündə heykəli qoyulmuşdur və dastanın 12 boyunu əks etdirən kompozisiyalarla birlikdə yaraşıqlı kompleks yaranmışdır.
Burada ulu öndərin “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin bu gün üçün də, gələcək nəsillər üçün də, dünya üçün də böyük əhəmiyyəti vardır” kəlamı yazılmış lövhə də vurulmuşdur.
Prezident İlham Əliyev bu ulu dastanla bağlı qədim Qazax torpağında belə abidə kompleksinin yaradılmasını tariximizin bugünkü və gələcək nəsillərə olduğu kimi çatdırılması baxımından çox əhəmiyyətli olduğunu vurğulamışdır.
Ancaq təssüf ki abidənin arxa tərəfində əkilmiş və abidəyə xüsusi gözəllik verən həmişə-yaşıl ağacların bir qismi kəsilərək bu cür vəziyyətə salınmışdır.
Məncə Dədə Qorqud sağ olsa idi bu işə xeyir dua verməzdi , əksinə deyərdi təbiətə, yaşıllıqlara qulluq edin, becərin , Onlar (ağaclar ) sizə həyat verir nəfəs verir .
Necə ki Ulu öndər Heydər Əliyev
Demişdir " Hər bir insan ağac əkməlidir, böyütməlidir və becərməlidir .
Bəs biz neynirik?
Orxan Səfərli
Teref. Xocanın Blogu
Səhifəmiz hamnın üzünə açıqdı