221 saylı orta məktəbin direktoru kimə və nə üçün 50 min dəfə «təşəkkür» edib?
6-09-2016, 00:16
Fikrət Xəlilov indiyədək çalışdığı təhsil müəssisələrində törətdiyi əməlləri eynilə təkrarlayır Bir neçə il öncə Heydər Əliyev adına liseydə 110 minlik yeyintiyə yol verən bu şəxs görün indi 221 saylı orta məktəbdə nələr edir? Paytaxtın Xətai rayonu, Admiral Naximov küçəsi 221 ünvanında yerləşən 221 nömrəli tam orta məktəbdə bu gün xoşagəlməz olaylar cərəyan edir ki, bunun da məsuliyyəti birbaşa adıçəkilən təhsil müəssisəsinin rəhbərliyinin üzərinə düşür. Belə ki, Fikrət Xəlilovun 221 saylı orta məktəbin direktoru vəzifəsinə gətirilməsindən sonra sözügedən təhsil ocağında problemlərin birə-beş artdığını iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la bölüşdüyü informasiyada deyilir ki, 1981-ci ildən fəaliyyət göstərən, 2013-cü ildə əsaslı təmir olunan məktəbdə yaşanan hadisələr şagirdləri, onların valideynlərini, eyni zamanda pedoqoji heyəti ciddi şəkildə narahat edir. Beləliklə, Fikrət Xəlilovun 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində anadan olduğunu, 1974-cü ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat fakültəsini bitirdiyini, daha sonra isə təyinatla Sabirabad rayonuna göndərildiyini vurğulayan mənbə Gundelik-Baku.com-a bildirir ki, o, daha sonra fəaliyyətini Bakıdakı 254 nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi davam etdirib: «Nəzərinizə çatdırım ki, Fikrət Xəlilov 1992-ci ildən 2004-cü ilədək 287 nömrəli "Zəkalar" liseyində, 2004-cü ildən bu yaxınlara qədər Heydər Əliyev adına liseydə direktor vəzifəsində çalışıb. Bu gün isə o, 221 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyir. Deyilənlərə görə, məhz onun gəlişindən sonra məktəbdə av-hava tamamilə mənfiyə doğru dəyişib. Qeyd edim ki, Fikrət Xəlilov indiyədək hansı təhsil müəssisəsinə rəhbərlik edibsə, həmin təhsil ocaqlarında yeyinti, intihar halları, dava-dalaş, qalmaqal yaşanıb. Bir sözlə, problemlər ciddi şəkildə artıb. İnd idə bu cür məqamlara 221 saylı orta məktəbdə rast gəlinir. Deyilənlərə görə, hazırda bu təhsil müəssisəsində rüşvət tüğyan edir». Hesablama Palatasının Fikrət Xəlilov Heydər Əliyev adına liseyin direktoru olduğu dönəmdə bu təhsil müəssisəsində yoxlama apardığını və ciddi qanun pozuntularını aşkarladığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, direktor həmin vaxt müəyyən yollara baş vurmaqla özünü sığortalamağı, təhlükəni dəf etməyi bacarıb: «Qeyd edim ki, o zaman Hesablamalar Palatası 2013-ci ildə dövlət müəssisələrində apardığı audit yoxlamaları nəticəsində aşkar olunan mənimsəmə faktları barəsində məlumatlar dərc etmişdi. Həmin müəssisələrin siyahısında Heydər Əliyev adına liseyin də adına rəst gəlinirdi və audit yoxlaması nəticəsində təhsil müəssisəndə 110 min manat vəsaitin mənimsənildiyi bildirilirdi. Təbii ki, bu, kifayət qədər ciddi faktdır və buna görə birbaşa həmin liseyin direktoru məsuliyyət daşıyır. Lakin o vaxt liseyin direktoru olan Fikrət Xəlilov əlaqələrini işə salaraq özünü mümkün təhlükədən sığortalamağa müvəffəq olub. Hələ bu, harasıdır. Deyilənlərə görə, o, Heydər Əliyev adına liseyin rəhbərliyindən kənarlaşdırıldıqdan sonra 221 saylı orta məktəbin direktoru vəzifəsinə gətirilməsi üçün kimlərəsə 50 min dəfə «təşəkkür» edib. Nəzərinizə çatdırım ki, o, Heydər Əliyev adına liseydə və indiyədək çalışdığı digər təhsil müəssisələrində törətdiyi əməlləri eynilə 221 saylı orta məktəbdə də təkrarlayır. Məsələnin maraqlı tərəfi ondadır ki, hələ 2013-cü ildə Heydər Əliyev adına liseydə 110 minlik yeyintiyə yol verən bu şəxs görün indi 221 saylı orta məktəbdə nələr edir?..» Bu arada, Fikrət Xəlilovun artıq indidən 221 saylı orta məktəbdə növbəti dərs ilinə “hazırlıq” işlərinə start verdiyini qeyd edən mənbə Gundelik-Baku.com-a bildirir ki, bu işlər digər məqamlarla yanaşı, həm də 1-ci siniflərin komplektləşdirilməsi prosesi ilə diqqəti cəlb edir: «Deyilənlərə görə, Fikrət Xəlilov övladlarını 221 saylı orta məktəbə göndərmək istəyən valideynlərdən hər uşağa görə 100 dəfə «təşəkkür» tələb edir. Görünən odur ki, direktor indiyədək çalışdığı digər təhsil müəssisələrində, əsasən də Heydər Əliyev adına liseydə törətdiyi çeşidli maxinasiyaları burada da təkrarlamaq və məhz bunun nəticəsində şəxsi maraqlarını təmin etmək, gəlirlərini artırmaq niyyətindədir. Bir sözlə, deyilənlərə görə, Fikrət Xəlilov bu gün rəhbərlik etdiyi tədris müəssisəsini əsl kommersiya obyekti kimi istismar edir». Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.