Bəhruz Məmmədov vəzifəsindən azad edildi

2-02-2025, 08:24           
Bəhruz Məmmədov vəzifəsindən azad edildi
Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Əmir oğlu Məmmədov vəzifəsindən azad edilib.

TEREF Oxu.az-a istinadla xəbər verir ki, sədr müavini 31 yanvar 2025-cü ildə müvafiq sərəncamla vəzifəsindən kənarlaşdırılıb.

Qeyd edək ki, Bəhruz Məmmədov 2023-cü il 28 yanvarda Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi.

O, müvafiq təyinatadək Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Təhlükəsizlik, müdafiə və səfərbərlik şöbəsi müdirinin müavini vəzifəsində çalışıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru