Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO

2-02-2025, 09:34           
Hüseyn Həsənovun qorxu dolu anları - VİDEO
Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənov qorxu dolu anlar yaşayıb.

Hadisə Hüseynin dostları ilə birgə çoxmərtəbəli binaların liftində baş verib.

Belə ki, onlar Həsənovun klostrofobiyadan (qapalı məkan qorxusu - red.) əziyyət çəkdiyini bilə-bilə lifti 20-ci mərtəbədə ondan xəbərsiz dayandırıblar.

Bu anda bloger liftin düymələrini bir-bir basmağa başlayıb. Az keçməmiş liftin qapıları açılıb və onlar liftdən çıxıblar.

Lifti tərk edən Həsənovun qorxudan bir neçə saniyəlik halı pisləşib.

Həmin anları dostlarından biri telefonun kamerasına həkk ediblər. Bloger isə sözügüdən videonu instaqram səhifəsində “Mən liftləri sevmirəm. Aranızda onları mənim kimi sevməyənlər var?” şərhi ilə yayımlayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru