Çexiyanın pivənin vətəni olduğu beynəlxalq səviyyədə təsdiqləndi

1-02-2025, 17:24           
Çexiyanın pivənin vətəni olduğu beynəlxalq səviyyədə təsdiqləndi
Pivə mədəniyyəti Çexiyanın Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.
Çex Respublikası çex pivə mədəniyyətini ölkənin Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edib.
Xarici KİV xəbər verib ki, bunu Çexiya Mədəniyyət Nazirliyinin rəhbəri Martin Baksa deyib.
O qeyd edib ki, bu qərar ölkənin pivə mədəniyyətini UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün müraciətin verilməsinə yaxınlaşdırıb.
Hazırda Çexiyada 550-dən çox pivə zavodu var. Sənayenin bu sahəsində 65 minə yaxın işçi çalışır və 2023-cü ildə o, dövlət büdcəsinə 29 milyard kron (təxminən 1,2 milyard dollar) vergi gətirib.
"Biz fəxr edirik ki, pivə ilə bağlı mədəniyyət respublikamızın qeyri-maddi mədəni irsinin bir hissəsinə çevrilir" - Pivə Zavodları Assosiasiyasının icraçı direktoru Tomaş Sluneçko əlavə edib.
Daha əvvəl Tailandın mədəniyyət naziri Sudavan Vanqsuphakitkoson tay ədviyyatlı krevet şorbası Tom Yam Kunqun YUNESKO-nun Qeyri-Maddi Mədəni irs siyahısına daxil edildiyini açıqlamışdı.
Bundan əvvəl Avstriya paytaxtının hakimiyyət orqanları Vyana sosiska kiosklarının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edildiyi barədə məlumat vermişdilər.
Qeyd edək ki, Azərbaycandan UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına 24 nümunə daxildir. Bunlardan 22-i "Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na, 2 irs isə (Qarabağ atı ilə oynanılan "Çövkən" atüstü oyunu və Naxçıvanın ənənəvi qrup rəqsləri – yallı, köçəri, tənzərə) "Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısı"na daxil ediliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru