Taleyi briliantı qədər bərq vurmayan talesiz qadın, talesiz ana - Tamella Məmmədzadə (1- fəsil)

Bu gün, 00:03           
Taleyi briliantı qədər bərq vurmayan talesiz qadın, talesiz ana -
Azərbaycanın tanınmış bəstəkarı, müğənnisiTamilla Məmmədzadənin anım günü 14 yanvar idi... Paylaşmaq istəyirdim, yada salmaq istəyirdim , təəssüf ki, vacib işim çıxdığı üçün paylaşa bilmədim!
Yəqin ki , bir çoxunuz xatirlayarsiniz Tamella Məmmədzadənin mahnılarını :“Ağarma, saçım!”, “Ana”, “Arzuya bax, sevgilim!”, “Bənövşələr qoxuyanda”, “Bir xəbər ver, külək!”, “Dostlar olmasa”, “Həsrətim mənim”, “Neçin gəlməz?”, “Yaşa, ürəyim!” kimi məşhur mahnıların bəstəkarı olub. Ömrünün son illərində Cavad xana həsr olunmuş “Türk oğlu” baletini yazıb bitirsə də səhnəyə qoyulması arzusunu reallaşdıra bilməyib.
Deməli,Tamella Məmmədağa qızı Məmmədzadə 1937-ci ildə iyun ayında Bakı şəhərində doğulub. Agır repressiya illərində. Səkkiz yaşlı Tamellanın atasını da qolcomaq damğası ilə Sibirə, ordan da İrana sürgün edirlər. Atası İrana çatan kimi bir fars qadını ilə evlənir. Farsdan kişinin 3 uşağı olur.
Amma Tamella xanımın anası Sara xanım Məmmədağa kimi unutqan olmur, ailə qurmur və başlayir qızı Tamellanı təkbaşına böyütməyə. Deyilənə görə, O, həyat yoldaşını heç vaxt bağışlamır, ömrünün sonuna qədər onunla danışmır.
Tamella həddi buluğa çatanda o qədər gözəl olur ki, yaşından, cinsindən asılı olmayaraq hər kəs onun gözəlliyinə heyran qalarmış. Nəhayət 1955- çi ildə 18 yaşında könlünü Qasım adlı bir oğlana verir. Qızının bir idmançı ilə ailə həyatı qurdugunu eşidən həmin o etibarsız Məmmədağa gəlir Bakıya. Qızının toyuna! Və toydan sonra yenidən qürbətə dönür!
Bu arada Tamella 1958-ci ildə ana olur, Çingiz adlı oğlu dünyaya gəlir. Xoşbəxtliyini doyasıyla yaşamaq istədiyi bir vaxtda həyat yoldaşı dənizdə batan iki nəfəri xilas etmək istərkən boğulub ölür.Gənc yaşında dul qalan bəstəkar ərə getmir, ömrünü tək övladina həsr edir.Həmin vaxt bilmir ki, ən qorxunc günləri qarşıdadır.

Nəisə, Tamellanın atası ikinci dəfə Bakıya 1977-ci ildə - qızının 40 illik yubileyində gələsi olur. Avstriyada tanınan biznesmen, böyük qızıl mağazalarının sahibi Məmmədağa bu dəfə qızının gorüşünə əliboş gəlmir!
O qızına ad günü münasibəti ilə çox qiymətli brilliant dəsti alır k, zövqlə işlənmiş bu komlektin qiyməti inanılmaz dərəcədə bahalıymış. Bakı camaatı uzun müddət o qiymətli dəstdən danışıb. Çunki Tamella xanım hər tədbirə, konsertə gedəndə o dəsti taxarmış.
Nəvəsinə də hədiyyə almağı unutmayan baba o vaxt Bakıda hər kəsin geyinə bilmədiyi geyimlər alıb gətirmişdi. Elə sonrakı illərdə də Məmmədağa Cingizə qızıl saat, briliant qaşli üzük bahalı gödəkcə və kostyumlar göndərirmiş.
Bunu Çingizin ətrafında olan taytuslari bilirdi, görürdü! Çingizin tanışlarının içərisində Alik Mamedov adlı gənc vardı. Həmin gənc tay tuşları arasında təhlükəli hesab olunurdu , çünki hələ azyaşlı ikən bir uşağı tüfənglə vurub öldürmüş , atasının nüfuzu müqabilində həbsdən yaxa qurtara bilmişdi! Çunki onun atası həm də dövrünün ən imkanlı pullu şəxslərindən biri olub.
Alikin gözü Çingizin godəkçəsinə , saatına, brilliant üzüyünü düşmüşdü, onları almalıydı. Artıq beyninə qoymuşdu. Alik dostu Tahirlə birgə bir gün Çingizi bağlarına qonaq çağırır 1981- çi ilin yayı. Çingiz anasının tədbirdə olduğunu bildiyi üçün axşam vaxtı evdən çıxıb Alikin dediyi ünvana gəlir. Bagda Tahirlə Alikdən başqa heç kim olmur. Alik böyük darvazanı içəridən bağlayandan sonra Cingizdən saatı, üzüyü və gödəkçənin ona verməsini tələb edir! Vermədikdə Çingizi 2 bıçaq zərbəsi ilə yerə sərir..
Gecənin yarısı o əraziyə nəzarət edən polislər bərk acdıqlarını hiss edirlər. Yaxınlıqdan gələn kabab qoxusu onları lap açdırır. Qoxu və tüstü qalxan həyətə yaxınlaşanda həyətdən səs gəlməməsi polisləri şubhəyə salır. Onlar barının üstünə çıxıb həyətə baxanda tonqalın üstündən bir kişinin korun- korun yandığını görürlər... Meyid tanınmaz dərəcədə kosövə dönmüşdü. Yalnızca ayaqqabıda olan ayaqlar azacıq yanmısdi. Analizlərdən sonra məlum olmuşdu ki,ocagın üstündə qapqara komürə dönən 23 yaşlı , yaraşıqli və cüssəli Cingizdir!
Xəbərlərdə bildirilir ki, cinayətin üstünün açılması çox çəkmir. Qatillər ələ keçir. Tamilla Məmmədzadənin oğlunun qətlini törədən nüfuzlu və imkanlı bir şəxsin oğlu həmin Alik olduğu təsdiqlənir. Alikə güllələnmə hökmü verilsə də, yenə atasının imkanı sayəsində hökm ləngidilir. Deyilənə görə, Tamilla xanım Moskvaya gedir və o zaman Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Mixail Andreyeviç Suslovla görüşür. Yalnız bundan sonra qatilin güllələnmə hökmü icra olunur.10 noyabr 1982- çi il.. Brejnevin dəfn olunduğu gün Alik güllələnir.. İndiyənə qədər qudurgan Alikin atasının adı heç bir yerdə çəkilməyib. Həmin o nüfuzlu və böyük imkanlı , pullu adamın adı soyadı hətta istintaq materiallarından çıxarılır.
Bilirsinizmi o kim idi?

Txnika elmləri doktoru professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, akademik 1904-cü ildə Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində anadan olan Şirəli Məmmədov. O Ali təhsilini 1930-cu ildə Moskva Dağ-Mədən Akademiyasında Dağ-mədən mühəndisi ixtisası üzrə aldıqdan sonra filiz mədənində işləmiş, Culfa "Soyuzmərgümüş" kombinatının rəisi olub. Moskva Dağ-Mədən İnstitutunun filiz yataqlarının işlənilməsi kafedrasına rəhbərlik edib. Böyük Vətən müharibəsi illərində "Naxduzfiliz"in baş mühəndisi vəzifəsində işləyib. 1950-1953-cü illərdə Zaqafqaziyada ən iri filiz-mədən kompleksinin Daşkəsən Dağ-Mədən Kombinatının tikintisinə rəhbərlik edib.
1953-1954-cü illərdə Bakı Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, 1956-1959-cu illərdə isə geofizika kafedrasının müdiri olub. 1959-1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri vəzifəsini icra edib. 1965-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun faydalı qazıntı yataqlarının işlənilməsi kafedrasının müdiri olub. 1958-ci ildən 1984-cü ilə qədər - yəni ölənə qədər Geologiya və Geofizika İnstitutu dağ-mədən işləri sektoruna rəhbərlik edərək Azərbaycanda dağ-mədən elminin əsasını qoyub və onun yaradıcısı olub.
Ş. Məmmədov oğlunun güllələnməsindən sonra çox yaşaya bilmədi. 2 il sonra o da oğluna qovuşdu! Bəlkə də , 15- 16 yaşlı oğlunun əlinə beşatılan tüfəngi verib ona quş vurmağı əyləncə olaraq öyrədəndə bu akademik həyatınin səhvini etmişdi!
Bundan böyük səhvi isə harınlamış oğlunun Dəstə kəndində bir kasıb usagını həmin tüfənglə atəş açıb öldürəndə onu uşaqlar üçün islah əmək koloniyasında tərbiyələnməyə göndərməkdən yayındirması oldu. O gunahsız uşağın valideynlərinin çarəsiz ahı yerdə qaldı.
Alikin dostu Tahir yəqin ki, ona görə istintaqa "Alikin atasına heç kim heç nə edə bilməz, heç Alikə də heç kim gözün üstə qaşın var deməyəcək " deyəndə Alikin çox cinayətlərdən rəis atasının sayəsində dəfələrlə qurulduğunu nəzərdə tutmuşdu!
( Əziz oxucular, mediadan oxuyub təsirləndiyim bu həyat hekayəsini sizə danışmagı özümə borc bildim, Alikin atasını hər kəsə tanıtmaq istədim.. Əgər Tamella xanımın sonrakı taleyi sizi maraqlandırırsa, Tamilla xanımın kim tərəfindən və niyə öldürüldüyünü bilmək istəyirsinizsə, deyin, bu haqda da sizə məlumat verim! )
Əntiqə Rəşid Aslan
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.