Neymar doğma klubuna qayıtdı 1-02-2025, 17:38 Braziliyalı hücumçu Neymar "Santos" klubu ilə müqavilə imzalayıb.Oxu.Az xəbər verir ki, bu barədə komandanın "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb."Şahzadə geri döndü", - Braziliya klubunun açıqlamasında qeyd olunub.Xatırladaq ki, Neymar karyerasına "Santos"da başlayıb və "Barselona"ya transfer olunanadək 2009-2013-cü illərdə bu klubun şərəfini qoruyub. Facebook-da paylaş