“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...

Bu gün, 09:29           
“Onlar öz xoşları ilə Cənubi Qafqazdan getməyəcəklər” - HƏQİQƏTƏN DƏ...
“Avropa İttifaqı monitorinq missiyasının Ermənistandakı fəaliyyətinin daha iki il uzadılması sülh prosesinə müsbət heç nə verməyəcək”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, missiya regionu könüllü şəkildə tərk etməyəcək:

“Bu qərar göstərir ki, Avropa İttifaqı və ümumilikdə Qərb, post-sovet məkanının ən həssas bölgələrindən olan Qafqaz regionuna nüfuz etmək istəyir. Yəni fiziki baxımdan bu regionda təmsil olunmaq istəyirlər. Onlar iki il sonra da bu bölgədən öz xoşları ilə getməyəcklər. Biz həqiqətin gözünün içinə baxmağı bacarmalı, özümüzü aldatmamalıyıq. Onlar sona qədər bölgədə qalmağa çalışacaqlar.

Bu missiyanın fəaliyyəti ABŞ-dakı bəzi dairələrlə də razılaşdırılıb və birgə qərardır. Bu qərar isə Cənubi Qafqazda sülh və təhlükəsizlik üçün yaxşı heç nə vəd etmir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.