Daha bir dövlət qurumunda KÜTLƏVİ İXTİSAR: Heç bir səbəb olmadan əməkdaşları işdən AZAD ETDİLƏR VİDEO

15-10-2024, 01:16           
Daha bir dövlət qurumunda KÜTLƏVİ İXTİSAR:
Kürdəmir Suvarma Sistemləri İdarəsində çalışan bir qrup işçi şikayətçidir.

130 nəfərdən ibarət olan heyət iddia edir ki, heç bir səbəb olmadan rəhbərlik tərəfindən işdən azad olunublar.

43 ildir sözügedən müəssisədə çalışan Yunus İsgəndərov bildirib ki, üç gün öncə idarə heyəti işçiləri çağıraraq, təmirə ehtiyacı olan nasosları düzəltdirib, səhəri gün isə onları işdən azad ediblər.

Məsələ ilə bağlı Kürdəmir Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Rəşid Nəsirov bildirib ki, işdən çıxarılma struktur dəyişikliyi ilə bağlıdır və növbəti günlərdə də bir neçə nəfərin işdən çıxarılması gözlənilir.

Qeyd edək ki, bir neçə gün öncə Abşeron Sukanal İdarəsinin bir qrup əməkdaşı işdən çıxarılmışdı.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru