Tramp: ABŞ İsrail-İran münaqişəsinə müdaxilə edə bilər

16-06-2025, 00:12           
Tramp: ABŞ İsrail-İran münaqişəsinə müdaxilə edə bilər
ABŞ İsrail və İran arasında davam edən münaqişəyə müdaxilə edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “ABC News”a müsahibəsində bildirib.

"Bu mümkündür. Biz də cəlb oluna bilərik", - siyasətçi deyib.

Bununla belə, o, hazırda ABŞ-nin rəsmi olaraq döyüş əməliyyatlarında iştirak etmədiyini nəzərə çatdırıb.

Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinin vasitəçilik ideyasına müsbət yanaşdığını söyləyib.

"O hazırdır. O, bununla bağlı mənə zəng etmişdi. Biz uzun müddət danışdıq", - ABŞ lideri qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru