ETSN bu dəhşətə niyə göz yumur? - kanalizasiya suları içində ÇİMƏRLİK SEZONU

Bu gün, 08:27           
ETSN bu dəhşətə niyə göz yumur? - kanalizasiya suları içində ÇİMƏRLİK SEZONU
Dəniz mövsümünün başlanmasına sayılı günlər qalıb. Artıq dənizkənarı obyektlərin açılması üçün işlər görülür. Bəziləri yenidən qurulur, bəziləri yenidən tikilir, bəzilərində təmir-bərpa işləri aparılır. Çox insan qazana bilmək üçün gözünü 3 aylıq dəniz mövsümünə dikib. Düzdür, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq şöbəsi hələ kirli çimərliklərin siyahısını açıqlamayıb. Amma görünən problemə bələdçi lazım deyil.

Bu günlərdə yolum Buzovna dəniz sahilinə düşmüşdü. Sahilboyu dənizdən qəribə bir buxar yüksəlirdi. Bir qədər irəlilədikdən sonra çirkab sularının dənizə doğru axıdıldığına şahid oldum. Dənizdən bir qədər aralı obyektlərdənmi, evlərdənmi dənizə sarı bir cığır açılmışdı və bu cığırla dənizə çirkab suları axıdılırdı. Bu su dənizə axır və sonra buxara çevrilib, havaya qarışırdı. Yəqin ki, zamanı gəldiyində aidiyyatı qurumlar bu məsələ ilə maraqlanacaqlar.

Düşünürəm ki, dənizdə çirkab sularının axıdılması məsələsi hər günün mövzusudur.Dənizə çirkab suyu axıdılırsa, yəqin ki, aidiyyatı qurumların da bundan xəbəri var. Çünki bu problemi görmək üçün əraziyə xüsusi baxışla baxmağa ehtiyac yoxdur. Sular göz önündə axıdılır.
Mövsümün başlanmasına cəmi 1 ay qalıb. Bir aya bu problemi aradan qaldırmaq, dənizi təmizləmək asan olmayacaq. Bu da insanların sağıamlığı üçün təhlükəlidir...

Bizimyol.info













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.