Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA

Bu gün, 10:27           
Bakıda ağır beyin əməliyyatı keçirən pasiyentin ölüm xəbəri yaxınlarından gizlədilib? - İDDİA
Bakıda xəstə əməliyyatdan 19 gün sonra ölüb.

TEREF Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə Respublika Diaqnostika Mərkəzində baş verib.

Cəlilabad sakini, 3 uşaq anası 30 yaşlı Vəfa Yunusova kəskin baş ağrısı səbəbilə ailəsi ilə birgə Bakıya gəlib. Müayinələrdən sonra ona "vazospazm" - yəni beyin damarlarında daralma və büzüşmə diaqnozu qoyulub.

Uzun sürən müalicələrdən sonra o, bu il mayın 1-də Respublika Diaqnostika Mərkəzində neyrocərrah Tural Rəhimli tərəfindən beyin əməliyyatına cəlb olunub.

Mayın 20-də isə Vəfa Yunusova elə əməliyyyat olunduğu xəstəxanada dünyasını dəyişib.

Mərhumun ailəsi iddia edir ki, onun vəziyyəti əməliyyatdan dərhal sonra ağırlaşsa da, onlara heç bir məlumat verilməyib.

Mərhumun qardaşı bildirib ki, mayın 1-də əməliyyat olunmuş bacısından ayın 13-dək cavab ala bilməyiblər. Əməliyyatın risk daşıdığı ilə bağlı da onlara əvvəlcədən heç bir məlumat verilməyib.

Hətta iddia edirlər ki, qadın 1 həftə əvvəl ölüb, lakin gec açıqlanıb.

Həmçinin əməliyyat icbari tibbi sığorta paketinə daxil olsa da, Vəfa Yunusovanın həyat yoldaşı tərəfindən neyrocərrah Tural Rəhimliyə 10 min manat əlavə pul ödənildiyi də səsləndirilən iddialar sırasındadır.

İddialarla bağlı Respublika Diaqnostika Mərkəzinin neyrocərrahı Tural Rəhimli açıqlamasında Vəfa Yunusovanı "vazospazm" səbəbindən itirdiklərini bildirib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərfindən araşdırma aparılır.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.