Azərbaycana qarşı çirkin oyunlar səngimir - Avropa İttifaqı və Yunanıstan səfirliyindən təkzib: Avropa Oyunlarını boykota çağırmamışıq
5-06-2015, 16:56
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Aİ-ə üzv dövlətlərini Avropa Oyunlarının açılışını boykot etməyə çağırması barədə mediada verilən informasiya heç bir şəkildə düzgün deyildir.
Bu barədə Azvision.az-ın sorğusuna cavab olaraq Aİ-nin Bakı nümayəndəliyindən bildiriblər.
Qeyd edilib ki, Aİ-yə üzv dövlətlərin Avropa Oyunları kimi idman tədbirlərində iştirak etməsinə dair tövsiyə vermək nümayəndəliyin səlahiyyətinə daxil deyildir.
“Aİ nümayəndəliyi fürsətdən istifadə edərək oxucularına xatırlatmaq istərdi ki, Şərq Tərəfdaşlığı sammitinin birgə bəyanatında (Riqa 21-22 may 2015) xüsusi istinad verilir ki, burada deyilir: “Sammitin iştirakçıları iyun ayında Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarını səbirsizliklə gözləyir”.
Qeyd edək ki, Yunanıstan prezidenti Prokopis Pavlopulos Bakıda keçiriləcək l Avropa Oyunlarında iştirak etmək qərarından daşınıb. Buna səbəb isə Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Sunqasın bu ölkənin Xarici İşlər Nazirliyinə ötürdüyü dezinformasiya xarakterli məlumatlar olub.
Belə ki, səfir mayın 21-də Yunanıstan XİN-ə göndərdiyi məlumatda iddia edib ki, l Avropa Oyunlarının açılışında heç bir dövlət və hökumət başçısı iştirak etməyəcək.
Səfir öz iddiasını həm də Avropa İttifaqının Bakı ofisindən səfirliyə daxil olan və guya l Avropa Oyunlarının dünya liderləri tərəfindən “boykot” ediləcəyi haqqında məlumat ilə əsaslandırıb.
Səfir məktubunda hətta iddia edib ki, Rusiya və Türkiyə prezidentləri də açılışda iştirak etməyəcəklər. Məhz bundan sonra Yunanıstan hökuməti səfirin yanlış iddiasını əsas tutaraq, açılış mərasimində idman nazirinin müavini Stavros Kontonis səviyyəsində təmsil olunmaq barədə qərar qəbul edib.
Yunanıstanın Bakıdakı səfirliyi də Avropa Oyunlarına qarşı səfirin təxribat etməsi barədə məlumatı təkzib edib.
Gün.Az-ın sorğusuna cavab olaraq səfirlikdən bildirilib: “Səfirlik Avropa İttifaqının Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin təxribatçı işbirliyi ortaya çıxıb” adı altında dərc olunan məqalənin bütün məzmununu qəti şəkildə təkzib edir. Yunanıstan tərəfi rəsmi mövqeyini bildirəcəkdir”.
Qeyd edək ki, Yunanıstan prezidenti Prokopis Pavlopulos Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında iştirak etmək qərarından daşınıb.
Buna səbəb isə Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Sunqasın bu ölkənin Xarici İşlər Nazirliyinə ötürdüyü dezinformasiya xarakterli məlumatlar olub.