Korrupsiya üstündə qovulmuş adamı təzədən müdür qoydular - Saatlıda

6-06-2015, 17:32           
Korrupsiya üstündə qovulmuş adamı təzədən müdür qoydular - Saatlıda
- Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ötən iclasında regionlarda elektrik enerjisinin verilməsində nöqsanlara yer verildiyini vurğulamış və bu sahədə əsaslı dönüş yaradılması barədə göstəriş vermişdir. Onu da qeyd edək ki, bu sahədə aparılan islahatlar nəticəsində “Azərişıq” Açıq Səmdar Cəmiyyəti yaradılmış və “Azərenerji”nin əksər səlahiyyətləri yeni yaradılmış quruma verilmişdir. Yeni qurumun qarşısına qoyulmuş əsas vəzifələrdən biri regionlarda əhalini elektrik enerjisi ilə vaxtlı-vaxtında təmin etmək idi.

“Azərişıq” Açıq Səmdar Cəmiyyəti regionlara kadrlar təyin edəndən sonra yerli sakinlər “Azərenerji”nin rəhbərliyinin ölənlərinə rəhmət oxudular. Çünki “Azərişıq” Açıq Səmdar Cəmiyyəti əsasən işdə yol verdiyi nöqsanlara və korrupsiya hallarına görə“Azərenerji”nin rəhbərliyi tərəfindən işdən qovulmuşları hansı xüsusiyyətlərinə görəsə maddi məsul vəzifəyə təyin etməyə üstünlük verdi.

Fürsət Əhmədov işdən niyə qovulmuşdu

“Azərişıq” Açıq Səmdar Cəmiyyəti kadrları seçib yerləşdirəndə görəsən onların keçmişi ilə niyə maraqlanmayıb? Bu qurumun İmişli regional idarəsinə “Azərenerji”nin Tofiq adlı işçisini hansı yaxşı xüsusiyyətlərinə müdir təyin edilib? Həmin şəxs də dərhal keçmiş ortaqlarını, hansılar ki, korrupsiya əməlllərinə görə 2-3 əvvəl bu sistemdən uzaqlaşdırılmışdır, onları tapıb yenidən rayon elektir idarəsinə müdir gətirdi. Çünki həmin şəxslər elektrik enerjisinin pulunu mənimsəmək, sahibkarlardan hədə-qorxu ilə pul tolamaq və dövlət tədbirlərindən istifadə edib pul yığmaq yollarını çox yaxşı bilirdilər. Bu sahədə onların yaxşı təcürbələri də var. Ona görə də “Azərenerji”nin rəhbərliyi tərəfindən korrupsiya əməllərinə görə Sabirabad Rayon Enerji Satışı və Təchizatı İdarəsinin müdirliyindən qovulmuş Fürsət Əhmədovu Saatlı Rayon Enerji Satışı və Təchizatı İdarəsinə müdir təyin etdi.

Saatlıda şıdırğı pulyığma kampaniyası

DİA.AZ xəbər verir ki, Fürsət Əhmədov Saatlı Rayon Enerji Satışı və Təchizatı İdarəsinə müdir təyin olunan gündən rayonda fəaliyyət göstərən sahibkarların və fermerlərin günü qara olub. Fürsətin özünün etirafına görə o vaxt korrupsiya əməllərinə görə Sabirabad Rayon Enerji Satışı və Təchizatı İdarəsinin rəisliyindən qovulanda 130 min manat da xərci çıxıbmış. 3 ildən sonra yenidən vəzifəyə gətirilən Fürsət əlinə düşmüş bu fürsətdən istifadə etmək üçün ilk növbədə düşdüyü xərcin yerini doldurmağa başlamaq qərarına gəlib. Bəhanəsi da Bakıda keçiriləcək Avropa Oyunları oldu. Fürsət Əhmədov iri sahibkarlara min manat, xırda sahibkarlara isə 500 manat haqq qoyub. Deyib ki, bu tapşırıq baş idarədən gəlib. Sahibkarlardan biri keçmiş korrupsionerə “ Bu sənin köhnə əməllərindir. Elə buna görə də 3 il idi ki, işdən qovulmuşdun. Səni bu vəzifəyə qoyanın Allah cəzasını verəcək. Avropa Oyunlarının adına ləkə vura bilməzsən. Pulu Tofiqlə ikiniz yığırsınız. Çünki siz ikiniz də bu çirkinliyə vərdiş etmisiniz”. Fürsət isə “ Az danış, əcəb edirəm. Pulu verməsən, obyektinin işığını kəsdirəcəyəm. Get kimə istəyirsən de. Mən indi “Azərişıq” ın işçisiyəm” deyib.

Son vaxtlar Saatlıda işıq idarəsinin işçiləri ilə sahibkarlar arasında ciddi qarşıdurma yaranıb. Ölkədə zəruri bir tədbir –birinci Avropa Oyunları ərəfəsində ciddi qarşıdurmanın yaranması görəsən kimin sifarişidir? Fürsət Əhmədov kimlərin sifarişlərini yerinə yetirir. Bəlkə də sifariş deyil. Axı, Fürsət Əhmədov sahibkarlardan hədə-qorxu yolu ilə pul toplamağa adət edib.

“Azərişıq” Açıq Səmdar Cəmiyyətinin yarıtmaz kadr siyasəti

Görəsən “Azərişıq” Açıq Səmdar Cəmiyyəti maddi-məsul vəzifəyə işçi təyin edərkən həmin işçilərin keçmişi ilə niyə maraqlanmır? Hamıya bəllidir ki, Saatlı Rayon Enerji Satışı və Təchizatı İdarəsinə təyin olunan indiki müdir Fürsət Əhmədov korrupsiya əməllərinə görə “Azərenerji”nin rəhbərliyi tərəfindən işdən qovulub. Belə bir adamı yenidən Saatlı Rayon Enerji Satışı və Təchizatı İdarəsinə müdir qoymaqda məqsəd nədir: sahibkarlardan və fermerlərdən qisas almaq, yoxsa müham əhəmiyətli dövlət tədbirləri adı ilə camaaatdan pul yığmaq. Hər halda Azərbaycan Prezidentinin Nazirlər Kabinetinin iclasında dediklərini “Azərişıq” Açıq Səmdar Cəmiyyətinin rəhbərliyinin diqqətinə bir daha çatdırmaq istərdik. Onu da xatırlatmaq istərdik ki, “Azərişıq” Açıq Səmdar Cəmiyyəti “Azərenerji”nin tərs üzü deyil. Buna cəhd etməyin. Yoxsa, siz də qısa bir vaxtda “Azərenerji”nin gününə düşərsiniz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.