Pirverdiyevlə Abid Şərifovu nələr bağlayır? - ÇƏKİŞMƏ

8-06-2015, 17:22           
Pirverdiyevlə Abid Şərifovu nələr bağlayır? - ÇƏKİŞMƏ
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, «Azərenerji»nin səlahiyyətlərinin əsas hissəsinin alınaraq yeni yaradılmış quruma - "Azərişıq” ASC-yə verilməsi, sözügedən qurumun rəhəri Etibar Pirverdiyevin nəinki nüfuzunu zərbə altında qoydu, hətta onun vəzifəsinə də təhlükə yaradıb.

Dia.az «Reytinq» qəzetinə istinadən xəbər verir ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev tərəfindən «Azərişıq»ın təsdiqlənən yeni əsasnaməsindən sonra tam gücü ilə Pirverdiyevi zərərsizləşdirmək imkanı qazanan Baba Rzayev son həmləsini həyata keçirməyə hazırlaşır:

«Baba Rzayevlə Etibar Pirverdiyevin arasında uzun illərdir mübarizə geddir. Kifayət qədər ciddi əlaqələrə sahiblənən Baba Rzayev bir çox məsələlərdə Etibar Pirverdiyevi güncə sıxa bilib. Üç ay əvvəl isə səlahiyyətlərinin böyük ölçüdə alınması və bununla da Azərbaycanın parakəndə enerji sahəsindən tamam kənarlaşdırılan Pirverdiyevə son zərbə isə yaxın aylarda vurula bilər. Mənim bildiyimə görə, hazırkı vəzifəsi ilə yanaşı, «Ekspersbank»ın və digər kommersiya obyektlərinin də sahibi olan Pirverdiyev, hazırda bir çox sahələr üzrə təzyiq altındadır. Az əvvəl onun istintaqa çağırılması haqqında deyilənlər də, güman ki, həm də bankir və digər fəaliyyətini də əhatə edir. Belə gedərsə, "Azərenerji” tam şəkildə Baba Rzayevin sərəncamına keçəcək, Pirverdiyevsə daha ağır durumla üzləşəcək”.

«Eksperssbank»ın vaxtı ilə baş nazirin müavini Abid Şərifovun himayəsində olduğunu deyən müsahimizin sözlərinə görə, sonradan həmin bankı Etibar Pirverdiyev baş nazirin müavinindən satın alıb:

«Hazırda Etibar Pirverdiyevin nəzarətində olan "Expressbank” ASC 2008-ci ilədək "Azərnəqliyyatbank” ASC olub. Yəni bu bankın adı sonradan dəyişdirilərək "Expressbank” oldu. Hansı ki, vaxtı ilə "Azərnəqliyyatbank” ASC-nin səhmdarları sırasında Abid Şərifovun demək olar bütün ailə üzvləri, o cümlədən həyat yoldaşı, 2 övladı, kürəkəni, qudası, iki qardaşı da vardı. Ola bilər baş nazirin müavininin bu bank da yenə də payı var. Hər nə isə. Sözüm odur ki, Etibar Pirverdiyevlə baş nazirin müavinini arasında yaxınlıq son dərəcə sıcaq olub. Və "Azərenerji” prezidenti xeyli müddət elə Abid Şərifovun «çətiri» altında iqtidardakı mövqeyini qoruyub, böyüdüb. Bir neçə il əvvəl isə nazir Əli Abbasovla quda olması isə mövqelərini daha da möhkəmləndirmişdi. Amma "Azərenerji"də talançılıq, ciddi korrupsiya faktlarının kütləviləşməsi, üstəlik, bir neçə ciddi siyasi səhvlər Etibar Pirverdiyevin etimadı itirməsinə səbəb oldu. Hazırda elə vəziyyət yaranıb ki, Pirverdiyevə ciddi fiqurlardan kimsə açıq dəstək verməyə ehtiyat edir. Yəni hakimiyyətiçi qüvvələr artıq onunla bağlı kəskin qərarın verildiyinin fərqinə varıblar. Ona görə də ehtiyatlı mövqe tuturlar».

Mənbə deyir ki, Etibar Pirverdiyev vəziyyətdən çıxmaq üçün bir neçə siyasi qrupdan dəstək almağa çalışır: «Ancaq bu, mümkünsüz görünür. Belə fikirdə olan güclər isə tərəddüdlə prosesi öz axarına buraxıblar ki, «bulanıq sular» durulsun. Yəni, onlar da şəraitə uyğun qərar vermək istəyirlər ki, özlərini "yandırmasın”lar».

Müsahibimiz sonda onu da deyib ki, «Etibar Pirverdiyevin vaxtı ilə, daha dəqiqi, 3-4 ay əvvələdək «Azərenerji»nin bütün işlərini nəzarətində olduğu «Azenco» ASC-nə həvalə etməsi və bu zaman büdcə vəsaitlərini n daha "ağır rəqəmlər”lə talan edilməsi məsələsi də bərk qəzəb yaradıb: «Baba Rzayev artıq sahibləndiyi sahələr üzrə «Azenco» ASC ilə bütün əlaqələri kəsib. Yəni rayon şəbəkələri artıq bu ASC ilə əməkdaşlıq etmirlər. Bunun özü də Etibar Pirverdiyevə qarşı münasibətin hansı səviyyədə olduğunu təsdiqləyir».












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.