Bakıda vaxtı keçmiş pivələr satılır - Özəl fotolar

9-06-2015, 09:51           
Bakıda vaxtı keçmiş pivələr satılır - Özəl fotolar
Manatın devalvasiyasından sonra bir sıra iri inhisarçı şirkətlər ərzaq məhsulları bazarında qiymətləri süni şəkildəartırmağa çalışırdılar. Bir müddət İqtisadi İnkişaf Nazirliyi süni qiymət artımlarına qarşı mübarizə aparsa da, sonradan prosses dayandırıldı. Lakin qiymət artımları demək olar ki, hər gün davam etməkdədir. Xüsusilə də spirtli içkilər bazarında qiymətlər ötən ilin indiki dövrü ilə müqayisədə çox bahadır. Məsələn ötən il marketlərdə satılan Bakı Baltika Zavodunun məhsulu olan «33 Exsport» pivələri 1 manata idisə, artıq qiymətlər 1.040 manata satılır. Hazırda Bakının iri marketlərində digər sərinləşdirici spirtli içkilərin də qiymətində artımlar müşahidə olunmaqdadır. Qiymət artımına gedə bilməyən bəzi iri marketlər isə saxlama müddəti keçmiş məhsulları ucuz kampmaniya kimi istehlakçılara sırımaqla məşğuldurlar. Belə marketlərdən biri də Bakı-Sumqayıt yolunun üzərində, Masazır kəndi yaxınlığında yerləşən «Azər Sity» marketidir.


Kifayət qədər çox müştərisi olan və böyük bir marketdə satılan pivələr ucuz qiymətə göstərilsmə də, tarixi keçib. GUNDEMİNFO.AZ-a mürac edən oxucularımızdan biri də 500 qramlıq dəmir bakalda olan «Starıy melnik» pivəsi alıb. Qiyməti 1.048 qəpik olan bu məhsulun istifadə müddətinin iki ay öncə bitməsinə baxmayaraq «Azər Sity» marketində satıldığı söylənilir. Şikayətçi vətəndaş bildirir ki, yaranmış problemlə bağlı olaraq marketin rəhbərliyinə narazılıq edəndə aldığı cavab çox unikal olub - «Səndən xahiş edən yoxdu pivə iç». Hər halda bu Azərbaycan Respublikasının «İstehlakçılar haqqında» qanunlarına ziddir. Məsələ burasındadır ki, yaranmış vəziyyətlə bağlı olaraq vətəndaş İqtisadi İnkişaf Nazirliyinə də şikayət etmək niyyətindədir. Şikayətçi vətəndaş bildirir ki, sonradan o adıçəkilən marketdə müşahidələr aparıb. Deyir ki, əslində burada satışa çıxarılan və yerli istehsal olmayan əksər spirtli içki məhsullarının saxlama müddəti başa çatıb. Həm də həmin idxal edilən spirtli içkilərin üzərində aksizlərə də rast gəlmək mümkün deyil. Mövzu ilə bağlı olaraq qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.