Ağdamın çağırış sistemində Seymur Qurbanov yanlışlığı… - Keçmiş mütəllibovçu mühitin yetişdirdiyi kadr Arzu Rəhimovun işina yarayır

9-06-2015, 10:01           
Ağdamın çağırış sistemində Seymur Qurbanov yanlışlığı… - Keçmiş mütəllibovçu mühitin yetişdirdiyi kadr Arzu Rəhimovun işina yarayır
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xodməti sistemindəki yanlış kadr siyasəti hər zaman diqqət mərkəzində olub. Belə ki, daha çox “qazanc verən” kadrlara üstünlük verən SHXÇDX-nin rəisi Arzu Rəhimov bu zaman hətta ümumiqtidar maraqlarını belə unudur.

DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, bu gün konkret olaraq Ağdamda SHXÇDX-nin yerli rayon şöbəsinin rəisi siyasi baxımdan mövcud iqtidarla daban-dabana zidd yapıda olan birisidir.

Məlumatı verəın mənbə iddia edir ki, SHXÇDX-nin Ağdam şöbəsinin rəisi Seymur Qurbanov mütəllibovçu ailədə yetişmiş birisi olduğundan və onun babası – odlu-alovlu Mütəllibov tərəfdarı kimi tanınan İbrahim Qurbanovun hətta mərhum prezident Heydər Əliyevə qarşı əsas çıxan fiqurlardan biri kimi tanındığından Arzu Rəhimovun belə bir mövqeni tutan şəxsə əslində həm də strateji bir rayon hesab olunan Ağdam kimi bir ünvanın səfərbərlik işini etibar etməsi heç də anlaşılan deyil.

Mənbə dia.az-a yazır: “Məhz buna görədir ki, 1-ci Qarabağ savaşında 5 minə yaxın şəhid verən Ağdam kimi bir rayondan son illərdə hansısa şücaəti ilə diqqətə gələn hansısa əsgər yetişməyib. Əgər səfərbərlik işi Seymur Qurbanov kimilərinə həvalə olunursa belə də olmalıdır.

Bu gün Ağdamda imkanı olanlar hərbi xidmətdən yayınır. Bakıda yaşayan imkanlı ağdamlılar da məhz Seymur Qurbanovun sayəsində çağırışdan yayındırılır. Əvəzində orduya yararsız hesab olunanlar hərbi xidmətə göndərilir ki, bu da təkcə Ağdama yox, Azərbaycana zərbədir”.

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.