Beyəqanda korrupsiya mafiyası kimə arxayındır
9-06-2015, 10:02
Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin yarıtmaz fəaliyyətinə dair son günlər bir neçə tənqidi material dərc etmişik. Bu yazılardan sonra rayon ictimaiyyətindən redaksiyamıza ünvanlanan məlumatların ardı-arası kəsilmir. Bu dəfə cumhuriyyet.az-ın elektron poçtuna göndərilən məlumat Beyləqan Mədəniyyət və Turizm İdarəsinin baş mühasibi Məhəmməd Həsənov barədədir. İlk baxışda o qədər də mühüm post tutmayan bu şəxs sən demə Beyləqanda bütün büdcə maxinasiyalarının, maliyyə fırıldaqlarının başında dururmuş. Elə bu səbəbdən də M.Həsənovu rayonda “icra başçısının maxinasiya adamı” kimi tanıyırlar.
Məhəmməd Həsənovun əməlləri haqda məlumatlara keçməzdən öncə icra başçısı Vaqif Abdullayevin ətrafında qurulmuş korrupsiya və maxinasiya çetesinin formalaşması haqda qısaca məlumat verək. Rayondakı mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, birbaşa icra başçısının rəhbərlik etdiyi bu dəstəyə Beyləqan şəhər Ərazi İnzibati nümayəndəsi Azil Aslanov ( mənbəmiz bu şəxsin bir müddət öncə vəzifəsindən kənarlaşdırıldığını bildirir- red.) və Beyləqan Mədəniyyət və Turizm İdarəsinin baş mühasibi Məhəmməd Həsənov daxildir. Onu da bildirək ki, bu üç şəxs bir-biri ilə yaxın qohumdur. Mənbəmiz bildirir ki, Azil Aslanov daha əvvələr Beyləqan Kommunal Təəsərrüfat İdarəsinə rəhbərlik edib və bu idarənin əli ilə, həmçinin onun və Məhəmməd Həsənovun adına olan MMC-lər vasitəsi ilə yuyulub. Bildirilir ki, Vaqif Abdullayev Beyləqana gəldikdən sonra Azil Aslanovu Beyləqan şəhər Ərazi İnzibati nümayəndəsi təyin edib. Beləcə dəstə rayonun mühüm postlarını ələ keçirərək icra başçısının mənəvi və siyasi himayəsi altında talan əməliyyatına start verib. Bu məliyyatların maliyyə maxinasiyalarının qanuniləşdirilməsini isə məhz M.Həsənov həyata keçirir. Məlumatda bildirilir ki, bu qohumların adına bir neçə MMC və kiçik müəsisə qeydiyyatdan keçirilib. Ötən illər ərzində rayonun bir çox sahələri üzrə görülmüş işlər bu MMC-lərə həvalə olunub və M.Həsənovun əli ilə bu pullar mənimsənilib. Mənbəmiz həmin MMC-lərdən ikisi haqda danışaraq konkret faktlara toxunub. Onun sözlərinə görə maxinasiyaya cəlb olunan şirkətlərdən biri Atamoğlan Məmmədov adlı şəxsin adına qeydiyyatdan keçən “Mirdamət-2008″ MMC-dir: “2013-cü ildə Beyləqan rayon Mədəniyyət və Türizm İdarəsinin təmirini və şəhərin abadlaşdırılması üçün “Mirdamət-2008″ MMC-yə üst-üsta 300 min
manatdan çox vəsait ayrılmışdır. Məlumat verən mənbə bildirir ki, rayon Mədəniyyət və Turizm İdarəsi normal şəkildə təmir edilsədə, əsas vəsait rayon abadlaşdırılması adı altında silinib. Bildirir ki, icra başçısının göstərişi ilə “Mirdamət-2008″ MMC şirkətinə ayrılan pul sadəcə hesabdan hesaba köçürülüb və bankdan çıxarılaraq nəqdləşdirilərək məlum dəstə arasında bölüşdürülüb. Bunun müqabilində isə icra başçısı köçürtmə əməliyyatında iştirak edən şirkətə 16 faiz «əməliyyat haqqı»verib. 2014- cü il üçün isə Beyləqan rayon büdcəsi üçün nəzərdə tutulan vəsaitdən Beyləqan şəhərinin daxilinin abadlaşdırılması, tikintisi və səkilərin yenilənməsi, işıq dirəklərinin dəyişdirilməsi və sair işlər üçün “Mirdamət-2008″ MMC-yə 240 min manat ayrılıb.
Bu vəsaitin də yarıdan çoxu mənimsənilib və ayrılan vəsaitin yalnız 13 faizi “Mirdamət-2008″
MMC-nin gördüyü işlərə yönəlib”. Mənbəmizin haqqında bəhs etdiyi ikinci şirkət isə Mədəniyyət və
Turizm şöbəsinin baş mühasibi Məhəmməd Həsənova məxsus “Elmir-Murad” MMC-dir: “Bu şirkət kənd klublarının, mədəniyyət evlərinin, kitabxana binalarının cari təmiri üçün vəsaitlər ayıraraq onların böyük qismini mənimsəyirlər. Bu il Mədəniyyət və Turizm Şöbəsinə ayrılan 120 min manat vəsait məhz Məhəmməd Həsənova məxsus “Elmir-Murad” müəsissəsinə verilib. Ayrılan vəsaitlər isə həmişəki kimi Təzəkənd, Bolsulu, Milabad, Kəbirli, Dünyamallar, Əlnəzərli, Qəhrəmanlı və digər kəndlərdə yerləşən kitabxanaların, mədəniyyət evlərinin, klubların “cari təmiri”nə, həmçinin
digər avadanlıqların alınmasına “xərclənib”.
Bizi məlumatlandıran mənbə iddia edir ki, M.Həsənovun gəlirləri yalnız bu maxinasiya ilə yekunlaşmır, o, hər ay Mədəniyyət və Turizm Şöbəsində işləyən işçilərin əmək haqqından 10 manat kəsməklə ayda 3 min manata yaxın qazanc əldə edir: “Bundan başqa musiqi məktəbində işləyən müəllimlərin adına yazılan artıq dərs saatlarının puluna məhz Məhəmməd Həsənov nəzarət edir. Baş mühasib artıq dərs saatlarından ayda 2 min manatdan çox gəlir götürür”.
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.