Gəncə Dövlət Universitetində bazar qaydaları... - Rektor müəllim heyətilə də kobud rəftar edir

9-06-2015, 10:19           
Gəncə Dövlət Universitetində bazar qaydaları... - Rektor müəllim heyətilə də kobud rəftar edir
Son günlər Gəncə Dövlət Universitetində (GDU) yaşanan bir sıra olaylar adı çəkilən ali təhsil ocağı ilə bağlı yeni-yeni məlumatların yayılmasına və gündəmi zəbt etməsinə səbəb olmuşdur.
Rektor Yusif Yusibov tələbələrlə yanaşı, müəllim heyətilə də kobud rəftar edir, ondan şikayət edilməsinə baxmayaraq, heç nəyə əhəmiyyət vermir. Universitetdə hökm sürən ab-hava ilə bağlı dəfələrlə mətbuatda tənqidi yazılar dərc olunsa da, ali təhsil müəssisəsinin rəhbərliyi bundan heç bir nəticə çıxarmayıb. Əksinə, rektor öz yaxın adamlarını ətrafına yığıb onlara müxtəlif vəzifələr verir ki, bu da özlüyündə ali təhsil ocağında neqativ halların kök salmasına səbəb olur.
Yusif Yusibovun rektor təyinatının gizlinləri
Universitetdə bazar qaydalarının geniş miqyas almasında əsas məsuliyyət məhz rektor Yusif Yusibovun üzərinə düşür. Bu səbəbdən də əsas diqqət məhz onun üzərinə yönəlib. Y.Yusibovun GDU-ya rektor təyin olunmasının özündə xeyli müəmmalı məqamlar var. Məlumatlara görə rektor bu vəzifəyə təyinatı bir neçə pilləli kombinasiyalarla əldə edə bilib. Bu pillələr haqda cumhuriyyet.az-a daxil olan məlumata görə rektor Maliyyə Nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan Cavanşir Yusibovun qardaşıdır. C.Yusibov isə öz növbəsində maliyyə nazirinin müavini olan Azər Bayramovla həm iş yoldaşı, həm də dostdurlar. Azər Bayramovun qardaşı Ceyhun Bayramov isə təhsil nazirinin 1-ci müavinidir. Demək belə, Yusif Yusibovun rektor təyin olunması ilə bağlı təklif qardaşı Cavanşir Yusibova, o da öz növbəsində maliyyə nazirinin müavini olan iş yoldaşı və dostu Azər Bayramova, o da təhsil nazirinin müavini olan qardaşı Ceyhun Bayramova, Ceyhun Bayramov da nazir Mikayıl Cabbarova çatdırırıb. Nəticədə bu adamların təzyiqi ilə Yadigar Əliyevə məcburi istefa ərizəsi yazdırıldı və Y.Yusibovun əmri imzalandı. Onu da bildirək ki, rektor indi də həmin əlaqələrdən istifadə edir. Bundan başqa yuxarıda qeyd etdiyimiz kimi Yusif Yusibovun qardaşı Cavanşir Yusibov Maliyyə Nazirliyində büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət edən xidmətin rəisidir. Bu isə o deməkdir ki, Yusif Yusibov maliyyə məsələlərinin təyinatı üzrə xərclənməsində “sərbəstdir”.
Kirayə evdən villaya
Gəncə Dövlət universitetinin rektoru ilə başqa bir məlumat da diqqət çəkir. Belə ki, cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə. Y.Yusibov universitetə qardaşının təzyiqi ilə prorektor təyin olunanda, Gəncədə “Gülüstan qəsəbəsi” yaxınlığındakirayədə yaşayırmış: “Amma rektor təyin olunduqdan sonra, o qısa bir müddət ərzində Gəncənin “Mahrasa bağı” adlanan ərazidə tikilən çoxmərtəbəli yaşayış kompleksindən 150 min manata ən müasir standartlara cavab verən ev almışdır. Əvvəllər özünün şəxsi avtomobili olmasa da, indi 140 min manata ən axırıncı model ağ rəngli “Leksus” avtomobilinə sahib ola bilib.Bu avtomobili isə onun məktəbli oğlu şəhərdə sürür. Daha maraqlı bir fakt isə Y.Yusibovun mobil telefonu haqqındadır.Y.Yusibov avqustda özünə çox bahalı mobil telefon alıb, bu telefonun qiyməti 11 min manatdır. Avqust ayında Yusif Yusibovun kolleksiyasına Hacıkənddəyerləşən dəbdəbəli bağ evi də əlavə olunub.
“Qara kassa”-Akif Cavadov və 2003-cü il sağlığı
Maraqlıdır, bu bahalı şeyləri qısa bir müddət ərzində rektor maaşına necə almaq olar? Cumhuriyyet.az-ın elektron poçtuna daxil olan məlumatlarda bu suala da cavab verilir: “Əlbəttə, bunlar Asif Cavadovun rəhbərliyi ilə yığılan çirkli pulların hesabına alınıb. O Asif Cavadovunki, oglu Amil Cavadovavtoşluq edib bir ailəni gözüyaşlı qoydu və 40 min manatmüqabilində cəzasız qaldı. Həmin Amil Cavadov yenə də bahalı maşınlarla Gəncənin küçələrində avtoşluq edir. Amma Asif Cavadov isə öz övladına tərbiyə verə bilməməsinə rəğmən, GDU-nun tələbə və müəllim kontingentinətərbiyə işləri üzrə prorektorluq edir.Başqa bir məlumata görə, Gəncə şəhər icrahakimiyyətininfəaliyyətindən müxtəlif orqanlara böhtan xarakterli qərəzli məlumatlar yayan da həmin Asif Cavadovdur,onun bu xidmətləri isə Yusif Yusibov tərəfindən layiqincə qiymətləndirilib, özü prorektor, həyat yoldaşı isə kafedra müdiri təyin olunub. Onu da bildirək ki, Akif Cavadovun siyasi keçmişi ilə bağlı da maraqlı məlumatlar var. Belə ki, 2003-cü il prezident seçkiləri dönəmində bir toyda onun dediyi siyasi sağlıq hələ də videokadrlarda qalmaqdadır.

Heydər Əliyevə ittiham?
Gəncə Dövlət Universitetinin (GDU) müəllimi Fikrət Hacıyev təhsil ocağının rəhbərliyi tərəfindən haqqının tapdandığını bildirərək, dəfələrlə məhkəməyə müraciət etsə də problemini həll edə bilməyib. Bununla əlaqədar dəfələrlə mətbuata məlumat verən «Ümumi fizika» kafedrasının müəllimi, Qarabağ əlili yekunda dövlət başçısı İlham Əliyevə müraciət etmək məcburiyyətində qalıb. Hacıyevin yayımladığı müraciətdə vurulanır ki, o, Xocalı soyqırımından sonra könüllü orduya gedən GDU-nun tək əməkdaşıdır. «10 ildən artıqdır Gəncə İcra Hakimiyyəti başçısının 1-ci müavini işləyən Mikayıl Zeynalovun atası Zakir Zeynalov tərəfindən döyüdürülmüşəm, söydürülmüşəm, civə ilə zəhərləndirilmişəm və Xocalı soyqırımının 20 illiyi ərəfəsində isə işdən qovulmuşam. Uzun məhkəmə çəkişmələri və 2 aclıq aksiyasından sonra (52 və 29 sutkalıq) işə bərpa olsam da, hələ də 17 aylıq əmək haqqımı və təzminatı ala bilməmişəm. Buna səbəb kafedra müdirim Zakir Zeynalovun qeyri-məhdud əlaqələrinin olmasıdır. Bu qaniçən insan bir müharibə veteranını acından öldürmək üçün bütün vasitələrdən istifadə edir. Zakir Zeynalov şikaylətlərimdən qorxmadığını və öz gücünü mənə göstərmək üçün bütün kafedra üzvləri qarşısında Xocalı soyqırımının Heydər Əliyev tərəfindən təşkil olunduğunu demişdi. Bu faktı GDU-nun son 4 rektoruna desəm də, bir səhifə elmi məqaləsində 24 səhv buraxan (içində ciddi elmi səhvlər də olmaqla) bu “alimə” güldən ağır söz deyən yoxdur».
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.