Səlim Müslümovun Oğuzdakı adamına qarşı ittiham - İlginc iddialar

9-06-2015, 10:50           
Səlim Müslümovun Oğuzdakı adamına qarşı ittiham - İlginc iddialar
Artıq neçə müddətdir ki, redaksiyamıza Oğuz rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinin (ƏSMM) direktoru Samir Yaqubovun yarıtmaz fəaliyyəti, öz işində yol verdiyi ciddi qanun pozuntuları barədə məlumatlar daxil olmaqdadır. Ötən saylarımızda bu mövzuda dərc etdiyimiz materiallarda biz artıq qeyd etmişdik ki, Oğuz ƏSMM-nin rəhbərliyi tərəfindən tətbiq olunan üsullar nəticəsində bu gün rayonun aztəminatlı vətəndaşları olduqca sıxıntılı duruma düşüblər. Hətta bəzi mənbələrin iddiasına görə bu gün artıq Oğuz ƏSMM, məhz Samir Yaqubovun öz işlərində yol verdikləri ciddi qanun pozuntuları və aztəminatlı vətəndaşların problemlərinə biganəlikləri sayəsində, analoji qurumlar arasında daha çox seçilən idarələrdən birinə çevrilmişdir. Açıqlamalarda xüsusi olaraq vurğulanır ki, plastik kartların tətbiq olunduğu vaxtdan yaranmış bir mənimsəmə üsulunun, yəni kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması təcrübəsinin bu gün də Oğuz ƏSMM-də geniş tətbiq edilir. Bu şərtlərlə razılaşmayıb dövlət tərəfindən ayrılan yardımı tam həcmdə almaq hüququ uğrunda mübarizə aparanlar isə o dərəcədə süründürməçiliklə üzləşirlər ki, onların qarşısında elə bürokratik əngəllər yaradılır ki, bir çoxları nəhayətdə yardımdan imtina etmək barədə qərar verməli olurlar. Redaksiyamıza yeni daxil olan məlumatlarda isə Samir Yaqubovun nəinki digər vətəndaşları, hətta öz ailə üzvlərini belə onlara ayrılmalı olan diqqət və qayğıdan məhrum eməsinə dair açıqlamalar təqdim olunur. Bildirilir ki, Oğuz ƏSMM-nin direktoru bir müddət bundan əvvəl təzə eşqə düşməsi səbəbindən birinci həyat yoldaşından məhkəmə yolu ilə boşanmışdır. Məhkəmənin qərarına əsasən ailəyə məxsus ev “yarı bölünmüşdür”. Nəzərə alsaq ki, boşanmadan sonra ailənin iki azyaşlı övladı məhz ananın himayəsində qalıb, bu zaman Samir Yaqubovun ən azından bu uşaqların xatirinə evə olan hüququndan əl çəkməsini gözləmək olardı. Lakin Samir müəllim nəinki belə bir addımı atmayıb, əksinə o, hələ bir övladlarının qanuni haqlarını belə verməkdan boyun qaçırır. Belə ki, aldığımız açıqlamaya görə Samir Yaqubov məhkəmənin qərarı ilə mçüəyyən olunmuş 147 manat məbləğində aylıq alimentin ödənilməsindən hələ ki, boyun qaçırır. Digər tərəfdən isə mənbələrin iddiasına görə Oğuz ƏSMM-nin direktoru yeni ailə qurduğu xanımının təhriki ilə indiyədək himayə etdiyi anasını və doğma bacısını da öz qayğısından məhrum edib. Mənbə hazırda məhz bu xüsusda Samir Yaqubovun digər qohumları ilə də münasibətlərində bir gərginliyin yaşandığını bildirir. Qeyd edək ki, Samir Yaqubovun qohumları arasında cəmiyyətimizdə kifayət qədər tanınmış, öz mövqeyini tutmuş və sözünü demiş, insanların hörmət və etimadını qazana bilmiş görkəmli şəxslər də var. Buna misal kimi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə xanım Naxçıvanlını göstərmək olar. Belə ki, Samir Yaqubov Aqiyə xanımın bacısı oğlu olmaqla, zaman-zaman onun adından sui-istifadə hallarına yol verməkdən də çəkinmir. Digər tərəfdən isə Samir Yaqubovun dayısı Yusif Naxçıvanski də Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışır. Etiraf edək ki, bu şəxsin də barəsində indiyədək heç bir neqativ xarakterli məlumat redaksiyamıza təqdim olunmayıb. Lakin belə məlum olur ki, Samir Yaqubovun yol verdiyi əməllərə son qoymaq onun nüfuzlu doğmaları üçün də müşkül məsələdir. Bütün bu baş verənlərdə daha çox təəccüb doğuran məqam isə budur ki, öz ailə üzvlərini, hətta doğma övladlarını belə diqqət və qayğıdan məhrum edən bir şəxsə bütöv bir rayonun əhalisinin sosial müdafiəsi necə həvalə oluna bilər?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.