Almaniyada diaspor rəhbəri hakimiyyəti dəıstəklədiyini dedi

10-06-2015, 00:47           
Almaniyada diaspor rəhbəri hakimiyyəti dəıstəklədiyini dedi
Bir neçə gün öncə, Hefteaz.tv saytı, Avropa ölkələrində yerləşən bəzi Azərbaycan cəmiyyətlərinin rəhbərləri üzdə siyasi mühacir imici ilə hakimiyyətə yaxın dairələrlə əlaqə quraraq, Avropada mühacir həyatı yaşayan siyasi fəallara qarşı qərəzli, böhtan xarakterli tədbirlər planı həyata keçirmələri və bu işdə xüsusi fəallığı ilə Almaniyanın Köln şəhərində yerləşən Alman-Azərbaycan Mədəniyyət Evinin funksiyasını buna misal göstərmişdir. Həmin məlumatda qeyd olunurdu ki, adıçəkilən mədəniyyət evinin icraçı direktoru Rəşad Quliyev Facebook səhifəsində Avropada mühacir həyatı yaşayan siyasi fəallara qarşı apardığı şər kompaniyasını məhz rəsmi Bakıdan alır. Belə ki, onun Facebook profilində Yap-ın icraçı katibin müavini millət vəkili Siyavuş Novruzovla yazışması üzə çıxmışdır. Məhz bu məlumatdan sonra Alman-Azərbaycan Mədəniyyət evinin icracı direktoru Rəşad Quliyev Almaniyadan (+491634408880) nömrəli telefonla Hefteaz.tv saytının (0506554136) nömrəli telefona zəng edərək saytımızın rəhbəri Aqil Mahmudovla əlaqə saxlamış və saytımızın 7 iyun tarixli buraxılışında “Rəşad-Siyavuş cütlüyünün Avropa planı” adlı məqalyə öz etirazını bildirməklə yanaşı, dolayı yolla hakimiyyətlə iş birliyini etiraf etmişdir. Hefteaz.tv saytı olaraq biz həmin telefon danışığını təqdim edirik:

Rəşad Quliyev(Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru) – salam. Bu Hefteaz.tv saytıdır?

Aqil Mahmudov(Hefteaz.tv saytının baş redaktoru) – Bəli.Eşidirəm.

Rəşad Quliyev – Kiminlə danışıram?

Aqil Mahmudov – Baş redaktor Aqil Mahmudovla

Rəşad Quliyev – Aqil müəllim sizi narahat edən Alman-Azərbaycan Mədəniyyət evinin icraçı direktoru Rəşad Quliyevdir. O, Rəşad Quliyevdir ki, siz mənim haqqında düzgün məlumat verməmisiniz.

Aqil Mahmudov – Məqalə ilə bağlı iradınız var?

Rəşad Quliyev – Bəli var. Çünki, sizə verilən məlumat dezinformasiyadır.Yəni mən heç vaxt Siyavuş Novruzovla Feysbukda yazışmamışam.Ancaq etiraf edim ki, bir-iki dəfə yazışmamız olub. Sizin materalda qoyulan feysbukdakı statuslar hansısa hakerlərin işidir. Bunu qəsdən ediblər.

Aqil Mahmudov – Siz özünüz indi etiraf etdiniz ki, Siyavuş Novruzovla bir-neçə dəfə əlaqə saxlamısınız.

Rəşad Quliyev – Bəli bir neçə dəfə olub. bu da işlə bağlı olub.Bizim mədəniyyət evi Avropada Azərbaycan dövlətçiliyinə xidmət edir.Biz heç bir zaman imkan vermərik ki, Azərbaycan hakimiyyətinə qarşı hansısa qüvvələr şər-böhtan kompaniyası aparsın. Burada bəzi qüvvələr var ki, beynəlxalq təşkilatının tapşırığı ilə oturub-durur.

Aqil Mahmudov – Belə çıxır ki, siz Almaniyada Azərbaycan hakimiyyətini təmsil edirsiniz.

Rəşad Quliyev – Xeyr.Sadəcə mən hakimiyyəti dəstəkləyirəm.

Aqil Mahmudov– Yaxşı nəyə görə onda verilən məqaləyə öz etirazınızı bildirirsiniz?

Rəşad Quliyev – Etirazımı ona görə bildirirəm ki, həmin məqalədə mənə iftira atılıb.

Aqil Mahmudov – Sizi başa düşə bilmədim. Hansı iftiradan danışırsınız? Siz özünüz indi etiraf etdiniz ki, Siyavuş Novruzovla əlaqəniz var və siz Almaniyada Azərbaycan hakimiyyətini müdafiə edirsiniz. Bu reallıq deyil?

Rəşad Quliyev – Siz məni başa düşmək istəmirsiniz.Başa düşün ki, mən o məqalənin saytdan silinməsi üçün sizə zəng etmişəm.Sizdən xahişim budur ki, o məqaləni manşetdən çıxardın.

Qeyd edək ki, Rəşad quliyevin son fikrindən sonra telefon əlaqəsi kəsilmişdir.Onu da əlavə edək ki, Rəşad Quliyevin baş redakorumuzla telefon danışığının audi yazısı var.

Mövzu diqqətimizdədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.