“Beynəlxalq Sığorta” Şirkətinə İTTİHAMLAR

10-06-2015, 13:01           
“Beynəlxalq Sığorta” Şirkətinə İTTİHAMLAR
Cəlilabad rayonu sakini Məlik Xəlilov TİA.AZ-a şikayət məktubu göndərib.

Rayonun Qarazəncir kəndində yaşayan şikayətçi yazıb ki, “Beynəlxalq Sığorta” Şirkəti onu məhkəməyə verərək pul tələb edir. Şikayətçinin sözlərinə görə, hazırda iş Cəlilabad rayon Məhkəməsindədir.
M.Xəlilov bildirib ki, 17 may 2015-ci il tarixdə Bakı-Astara yolunda onun atını “Hunday Sonata” markalı, 90-CF-081 nömrəli avtomobil vurub: “Həmin maşın mənim atımla birgə həmkəndlim Əzizağa adlı kişinin də atını vurub. Nəticədə onun atı ölüb, mənim atımın isə qıçı sınıb.
İndi “Beynəlxalq Sığorta Şirkəti” vətəndaşa sığorta pulunu özü ödəməli olduğu halda, həmin pulu mənim boynuma yükləyir. Şirkətin İddialar Departamentinin direktoru Fərhad İzmayılov mənə rəsmi məktub yazıb. Bildirir ki, əzilmiş “Hunday Sonata” maşınını sən düzəltdirməlisən”.
Şirkətdən isə ona göndərilən məktubda qeyd olunub ki, sığortalanmış maşın at tərəfindən vurulub və dəymiş zərəri ödəməlisiniz. Vətəndaş bildirir: “ⅦBeynəlxalq Sığorta Şirkəti adlı bu qondarma şirkət avtomobil alan vətəndaşları zor-xoş sığorta etdirir, amma maşın əziləndə həmin pulu sürücüyə ödəmir, o pulu onun-bunun, mənim kimi biçarələrin boynuna qoyur. Beynəlxalq Sığorta Şirkəti adlı qondarma şirkət bu yolla milyonlarla manat pulu qazanır, amma həmin puldan maşını əzilən vətəndaşlara bir qəpik də çatmır.
Onlardan soruşmaq lazımdır ki, sürücü elə bu sığorta şirkəti də olmadan günahkarı məhkəməyə verib ondan Ədliyyə işçiləri vasitəsilə pul ala bilərdisə, bəs onda siz nə işlə məşğulsunuz? Dəvə başı tutursunuz? Yoxsa hazırının naziriniz? Xahiş edirəm araşdırasınız, onlara bu səlahiyyətləri kim verib?”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.