Respublika klinik xəstəxanasında özbaşınalıq bütün hədləri keçib - İTTİHAM
29-01-2018, 12:53

teref.az olaraq dəfələrlə xalq arasında "respublikanski" adlanan Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş verən özbaşınalıq, korrupsiya, xəstələrdən rüşvət alma halları barədə yazmışıq.
Bu gün facebokk istifadəçisi Nuru Nuruzadə öz statusunda bir daha bu problemə toxunub. Statusu olduğu kimi dərc edirik:
Nuru Nuruzadə
20 мин. · Baku, Баладжары ·
Dünən anamı qaz zəhərlənməsinə görə "Respublikanski" xəstəxanaya aparıblar. Xəstəxanaya giriş 10 manat, xəstəni qəbul 10 manat, zəhərlənmiş xəstəyə baxan həkim 50 manat, tibb bacıları 5 manat, mühavizə 5 manat. Xəstəni daşıyan işçi filan qədər, su istəyəndə su verən işçi filan qədər. Səhər anamla danışdım deyir pul verməyən xəstəyə su belə vermirlər. Xəstəxanada bir qadın yalvarır ki, "pulum yoxdu uşağımı qəbul edin", onada pul istəyirdilər, axır müdaxilə etdim, səs küy saldım ağızlarını üzlərini əyə əyə işlərini gördülər. Səhər tezdən ərizə yazıb anamı çıxarmışam xəstəxanadan, buraxılış vəsiqəsidə verilmədi.
Bir sözlə ölün qəbirə düşün amma Respubliki klinik xəstəxana ilə erməni əsirliyini düşməyin.
teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
teref.az