SABUNÇU RAYON ATS 450-də QAÇQIN İXTİSARA SALINDI

29-01-2018, 13:54           
SABUNÇU RAYON  ATS 450-də QAÇQIN İXTİSARA SALINDI
24 yanvar 2018-ci ildə sabunçu ATS-450-nin kadrın sədri Məmmədova Fatma Tağı qızı Hüseynova Mənsurə Orduxan qızını otağa çağıraraq qarşısına hazır ərizə qoyaraq qol çəkməsini əmr etdi. 58 yaşlı qadın nə edəcəyini bilməyib sual verdi:
- Axi mən qaçqınam 2 ay bundan əvvəl siz mənim qaçqınlıq haqqında sənədimi alıb BTRB-yə göndərmisiniz. Ölkənin Prezidenti cənab İlham Əliyev qanun çıxardıb və deyib ki torpaqlar alınanadək heç bir qaçqın işdən çıxardıla bilməz. Nazirlər kabinetinin daha bir qanunu var, ixtisara ancaq stajı az olanlar salına bilər. Mən isə 24 ildir ki, işləyirəm. Hətta bu gün mənin yaşadığım evimi də rabitə nazirliyi verib. Yoldaşım da rabitəçi olub.
Fatma başını qaldırıb ikrahla dedi:
- Öz xoşuna qol çəkməsən səni statya ilə çıxardacam.
Mənsurə Hüseynova daha heç bir söz demədən qol çəkərək otaqdan çıxaraq şöbə müdiri Mirdamət Cabbarlının yanına gedir və onu niyə işdən çıxardıqlarını bilmək istəyir:
-Mirdaməd müəllim axı mən qaçqınam bu nə oyundur başıma gətirirsiniz. Bəs Prezidentin fərmanı bu idarədə keçmir. Niyə məni qaralamısınız, niyə məni düz 3 ildir ki, işdən çıxarmaq istəyirsiniz.
Mirdaməd Cabbarlının cavabı 58 yaşlı 6 baş külfəti olan ağsaçlı ananı çaşdırdı :
-Səni çıxartmaq mənim üçün problem idi ki?
Mənsurə ana sadəcə:
- Ürəyimdən su işəsən.
deyib otaqdan çıxır.
teref.az olaraq Mənsurə Hüseynovanın dediklərini qələmə aldıq. Qanunları heçə sayan məmurlar
Taviyə Ağasiyeva
teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.