Təhqir maşını işə salınıb: Hədəfdə Prezident və ailəsidir

29-01-2018, 23:28           

Son günlər sosial şəbəkələrdə prezident İlham Əliyevə və onun ailəsinə qarşı virtual hücumlar artıb.

Missiya.Az xəbər verir ki, radikal müxalifətin nəzarətində olan Facebook səhifələri vasitəsi ilə həyata keçirilən qarayaxma kompaniyasının mərkəzində əsasən xarici ölkələrə, əsasən də Avropaya mühacir adi ilə gedən şəxslər dayanır. Onlar İlham Əliyev və onun ailəsinə qarşı müxtəlif təhqiredici kollajlar yayırlar. Paylaşımlarda prezidentin Davos İqtisadi Formunda etdiyi uğurlu çıxışlara və keçirdiyi görüşlərə kölgə salınır. Hakimiyyət nümayəndələrinə qarşı şərəf və ləyaqəti alçaldan statuslar yazırlar. Statusların əsasını yalançı statistikalar və dezinformasiyalar təşkil edir. Yazılarda əsasən erməni lobbisi və anti-Azərbaycan təşkilatların yaydığı iqtisadi və siyasi statistikalardan istifadə olunur. Məqsəd isə yalançı statistiklarla xalqı hakimiyyətdən narazı salmaqdır.

Paylaşımların əksəriyyətində İlham Əliyevin xarici və daxili siyasəti pislənilir və xalq üsyana çağırılır. Diqqətçəkən məqam ondan ibarətdir ki, təxribat xarakterli paylaşımlar müxtəlif səhifələrdə eyni vaxtda paylaşılır. Sanki, paylaşım edənlərin hamısı bir otaqdadır.

İlham Əliyev və onun ailəsinə qarşı həyata keçirilən çirkin kampaniyada xaricdə yaşayan “mühacirlərlə” yanaşı Əli Kərimli və onun dəstəsinə aid olan insanlar da iştirak edirlər.

Onlar əksər hallarda əsassız məlumatların yer aldığı kalikaturalar və kollajlar hazırlayırlar. Əsas məqsəd isə ölkə liderini xalqın gözündən salmaq və hakimiyyətə qarşı etimadsızlıq yaratmaqdır. Xüsusi komanda ilə işləyən “trollar” Azərbaycan qanunvericiliyinin müvafiq tələblərini pozaraq, İlham Əliyevə və onun ailəsinə qarşı ən kəskin ifadələr işlədirlər. Demokratik cəmiyyətlərə məxsus olan tənqid üslubunda yazmağı bacarmayan milli satqınlar, hakimiyyəti xalqın gözündən salmaq üçün canla-başla işləyirlər. Görünür xaricdən belə tapşırıq alıblar. Tərəddüdsüz demək olar ki, Əli Kərimli və onun xaricə qaçan “dostları” eyni anda tapşırıq alırlar və bu kampaniya hansısa vahid mərkəzdən idarə olunur.

Yəqin ki, yerli hüquq mühafizə orqanları bu məsələni diqqətdə saxlayır. Çünki prezident seçkiləri yaxınlaşdıqca, bu kimi halların daha da artacağı ehtimal olunur. Normal müzakirə müstəvisindən qaçan, sivil polemika qaydalarından xəbəri olmayan, özlərini küçə adamları kimi aparan "trollar" çox güman ki, getdikcə daha da aqressivləşəcəklər. Arqumentlə, faktlarla danışa bilməyənlərdən ancaq pis nümunələr gözləmək olar.


Missiya.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.