"Azərsu" ASC-in böyük miqdarda abonent kartları yolun ortasında tapıldı - Yeyib içəndən sonra səpələyiblər...İDDİA
12-09-2018, 20:43
Teref.az yazır ki, sosial şəbəkə istifadəçisi Cəmil Məmmədlinin verdiyi xəbərə görə, Xaçmazın Qımıl kəndində yerə tökülmüş böyük miqdarda "Azərsu" ASC-nin abonent kartları tapılıb. Kartların tapılan yerin yaxınlığında restoran olduğundan bəzi mülahizələrə görə "Azərsu" ASC-nin Xaçmaz şöbəsinin müdürüü Teyyub adında bir şəxsin restorandan çıxarkən bu kartları itirdiyi haqqında fikir söylənilir. Statusu sizə təqdim edirik: " Cemil Memmedli 2 ч. · Azərsu-ya deyin, Xaçmazda "oxrannik" kimi təyin elədikləri Teyyub adlı şəxsə (su idarəsinin müdiri) desinlər ki, adam piyan olub, bu kartları küçəyə atmaz.. Zəhrimarın üstünə yazmırlar da: içə bilməyib, içənin..." Xaçmaz rayonu, Qımıl kəndində... Bu nəmənədi anlamadım." Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq! Teref.az