"Bu, anamın soyadı deyil" - Atasının ad və soyadından imtina edən futbolçu

12-05-2019, 07:56           
"Bu, anamın soyadı deyil" - Atasının ad və soyadından imtina edən futbolçu
"Qarabağ"ın futbolçusu Mahir Mədətov səfərdə "Neftçi"yə 3:2 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.

Unikal.org xəbər verir ki, ən yaxşı bombardir üçün nəzərdə tutulan mükafatı da alan Mahir həmçinin soyadla bağlı sualı da cavabsız qoymayıb.

- Qış fasiləsindən sonra oyununuzda irəliləyişlər nə ilə əlaqədardır?

- Ailə problemlərim artıq heç kimə sirr deyil. Hər şeyin başında bu durur. Sadəcə, gördüm ki, iş burdadır, ailə burdadır. Tənzimləmək istəyirdim. Amma gördüm ki, həm ordan, həm də burdan oluram. Kapitanımız Rəşad Sadıqova və baş məşqçimiz Qurban Qurbanova bu haqda danışdım. Onlar da dəstək olduqdan sonra oyunumda artıma nail oldum.

- Mövzudan söz düşmüşkən, sosial şəbəkələrdə paylaşılan şəxsiyyət vəsiqəsi sizə məxsusdur?

- Bəli. Babamın adı Emrelini özümə soyad götürmüşəm. Bu, anamın soyadı deyil. Babam yarı avar, yarı azərbaycanlı olub. Ailəmizdə bu soyad bir dayım oğlunda, bir də məndədir.

- Bu problem gələcək karyeranıza psixoloji təsir göstərməyəcək?

- Xeyr. Mənim vəzifəm anamın, bacımın yanında olmaq idi. Bundan sonra da belə olacaq. Onlara sahib çıxmalıyam. Sadəcə, hər şey ani olduğu üçün şok keçirdim.

- Adətən, belə problemlər olduqda futbolçuda eniş baş verir. Amma sizdə bu cür hal müşahidə olunmadı...

- Eniş getsəydi, anam və bacım çox pis olardılar. Gözlərini mənə dikiblər, onlar üçün çox vacibəm. Eləcə də onlar mənim üçün. Çalışıram ki, öz işimlə onları da sevindirim.

- Qızıl medalı da onlara həsr edirsiniz?

- Hər şeyi. Çempionluğu da, bombardirliyimi də.

- Gələcək mövsüm formanızda "Emreli" yazılacaq?

- Xeyr, Mahir. Artıq soyad məsələsini unudaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.