Heydər Camaldan şok analiz: “Türkiyə-Rusiya savaşı…”

27-11-2015, 11:55           
Heydər Camaldan şok analiz: “Türkiyə-Rusiya savaşı…”
Dünya yeni savaşa başlayacaq.
Axar.az xəbər verir ki, bunu “Biznes Onlayn” qəzetinə müsahibəsində məşhur politoloq Heydər Camal söyləyib. Politoloq müsahibəsində dünyadakı son proseslər, Su-24 təyyarəsinin vurulması, Paris teraktı, mövcud siyasi sistemlərin qarşıdurmasından bəhs edib.
Koalisiya əslində Ərdoğana qarşı qurulurb

– Heydər Cahidoviç, niyə Türkiyə təkidlə və davamlı şəkildə Rusiya ilə münasibətlərinikəskinləşdirir?

– Rusiya və Türkiyə oxşar, amma bununla belə, güzgüdə bir-birinə əks olan situasiyada yerləşirlər. Yəni güzgüdə sağ tərəf sol kimi, sol tərəf isə sağ kimi görünür. Niyə mən bunun haqqında danışıram? Ona görə ki, məncə, həm Rusiya, həm də Türkiyə özlərinin statusunun dəyişdirilməsi üçün dünya ictimaiyyətinə qarşı yürüşə başlayıblar. Bu status Ukrayna və Suriya hadisələri başlayandan bu yana təxminən bir-birinə bənzəyir. Rusiya və Türkiyə üçüncü dərəcəli kapitalist gücdürlər. Onlar xatırlayırlar ki, nə vaxtsa imperiya olublar. Onların hazırkı milli elitası bir ölkənin sərhədlərində qapanıb, amma bununla belə, onlar bu sərhədlərdən kənara çıxmağı arzulayır. Məqsəd birdir. Hər iki dövlət ikinci dərəcəli güc olmaq istəyir.

Bəs bunun üçün onların hansı imkanları var? Rusiya üçün bu, SSRİ-nin keçmiş respublikası olan Ukrayna və Krım, Türkiyə üçün isə bu, Osmanlı imperiyasının keçmiş vilayəti olan Suriyadır. ABŞ-a gəlincə isə onlar, əlbəttə ki, hadisələrin bu cür inkişafında maraqlı deyillər. Bəs bunu ən yaxşı şəkildə necə etmək olar? Məsələn, Rusiya və Türkiyəni bir-birinə qarşı oynatmaqla.

– Yəni bizim ölkələr biri-birinin qanını axıtmağa məcbur ediləcək?

– Sentyabrda baş tutan BMT Baş Assambleyasında Barak Obama ilə keçən ağır görüşdən sonra Vladimir Putin Türkiyəyə qarşı koalisiyaya rəhbərlik etməklə bağlı təklif alıb. Məsələ ondadır ki, İŞİD-ə qarşı yaradılan Rusiya koalisiyası, əslində, Türkiyəyə qarşı formalaşdırılan koalisiyadır. Koalisiyaya Tehran, Bağdad, Bəşər Əsəd, həmçinin Hizbullah daxildir. Preferik hüquqlar üzrə bu siyahıya Misir və Türkiyəyə, eləcə də onun proyektlərinə nifrət edən Səudiyyə Ərəbistanında adı daxil edilir. Koalisiyanın dilə gətirilməyən məqsədi Ərdoğan rejiminin boğulması, eləcə də onun suriyalı kürdlərlə apardığı aktiv mübarizə ilə sındırılmasıdır. Kürdlərlə daha çox İŞİD mübarizə aparır. Regionda onlara qarşı dayanan başqa güc yoxdur.

– O zaman belə çıxır ki, İŞİD Türkiyənin kürdlərə qarşı müttəfiqidir?

– Bu, Türkiyə üçün Amerika və Rusiya tərəfindən dəstəklənən kürd qiyamçılarına qarşı nəsə edə bilən yeganə zəmanətdir. Yeri gəlmişkən, İran da onları dəstəkləyir. Baxın, Su-24 təyyarəsi vurulduqdan cəmi bir neçə saat sonra kürdlər sosial şəbəkələrdə mesajlar yaymağa başladılar. Mesajlarda deyilirdi:“Əziz Rusiya, biz kürdlər sizin pilotlarınızın qisasını almaqdan məmnun olarıq. Sadəcə olaraq bizə daşına bilən zenit raket kompleksləri verin və biz Ərdoğan üçün uçuşa yasaq yaxşıca bölgə yaradaq”.

Türkiyə Əsədə qarşı

– Yaxşı, təsəvvür edək ki, Türkiyəyə qarşı onun maraqlarına güclü zərbə endirən koalisiya yaranıb. Bəs o zaman Ərdoğan və Ankaranın tərəfində kim oynayır?

– Türkiyə təkdir. Bu, yeganə ölkədir ki, qarşısına Bəşər Əsədin həqiqətən hakimiyyətdən uzaqlaşdırılması məsələsini qoyub. Yerdə qalan ölkələrin hamısı sadəcə “Əsəd getməlidir” sözlərini təkrar edirlər. Onlar Suriya prezidenti ilə bağlı konkret qərar olmadan böhranın uzadılmasını qarşılarına məqsəd qoydular. Ona görə də ABŞ və digər ölkələrin Əsədə qarşı mövqeyinin dəyişməsi bir qədər səfeh görünür. Qərbin real strateji xətlərin müdafiə olunmasında nə qədər davamlı və fanatik olduğunu bilsək, bu xəttin onun üçün vacib olmadığını başa düşərik. Heç kim ciddi şəkildə Suriya prezidentini devirməyib, yoxsa o çoxdan harayasa qaçmışdı. Türkiyə üçün Əsəd Yuşşenko və Poroşenkonun Rusiya üçün ifadə etdiyi mənaya bənzəyir. Bundan başqa, burada mübahisəli Hatay vilayəti də mövcuddur ki, onu da Türkiyənin “Novorossiya”sıadlandırmaq olar. Bunun üçün türklərlə suriyalılar arasında uzun müddətdir davam edən ərazi mübahisəsi var. Rus təyyarələri Suriyadakı neft daşıyan yük maşınlarını məqsədyönlü şəkildə bombardman edəndə situasiya öz məcrasından çıxdı. Türkiyəyə ucuz neftin İŞİD ərazisindən gətirildiyi və bu yük maşınları ilə daşınıldığı güman edilir. Maraqların bu məsələdə toqquşması yalnız Qərbin xeyrinə işləyir. Ona görə də məqsəd Türkiyə ilə Rusiya arasında hərbi münaqişəyə nail olmaqdır. Bu münaqişə sayəsində bir çox digər geosiyasi yaralar da üzə çıxacaq. Məsələn, Krım. Axı Krım yarımadası da Türkiyənin maraqları çərçivəsinə daxildir.

– Bəli, Qara dəniz regionu, qədim tarixi əlaqələr…

– Təkcə əlaqələr deyil. Yarımadanın ərazisi keçmiş Krım xanlığına aiddir. Bura isə Türkiyə ilə yarımvassal münasibətlərə sahib idi. XVIII əsrdə güman edilirdi ki, Krım xanı Gəray Rusiyanın zəmanəti altında özünün müstəqilliyini elan edəcək. Daha dəqiq desək, məsələ Rusiya imperiyasının tərkibinə daxil olmaqdan gedirdi. Bundan yararlanaraq, Rusiyaya qarşı olan türklər oyuna başlaya bilərlər. Beləliklə, hər şey sistematik şəkildə böyük konfliktin formalaşmasına doğru gedir.

– Yəni III Dünya Müharibəsinə doğru?

– Bəli. Məncə, Parisdə olan teraktlar Sarayevonun rolunu oynadı. Rusiya təyyarəsinin məhv edilməsi isə, ümumiyyətlə, görünməmiş şeydir. Birincisi, bu, Türkiyə tərəfindən həyata keçirilib və şəxsi konfliktin olma imkanlarını göstərir. İkincisi isə bunu NATO ölkəsi həyat keçirib. Bu isə son dərəcə ciddi situasiyadır.

– Rusiya bundan necə çıxa bilər?

– İki yolla. Birincisi, Moskva Suriyanın blef olduğunu etiraf etməli və “Novorossiya”da olduğu kimi geri çəkilməlidir. Laki bu, rejimin nüfuzdan düşməsi təhlükəsini yaradır. İkincisi isə yalnız irəliyə doğru getmək lazımdır. Hökumət Türkiyəyə hava uçuşlarını ləğv etməli, sərhədlərdə hərbi mövcudluğunu gücləndirməli, suriyalı kürdləri aktivləşdirməlidir. Sözsüz ki, Türkiyədə susmayacaq və hansısa cavab aksiyaları hazırlayacaq. Rus təyyarələrinin vurulması davam edə bilər. Bununla da biz tədricən genişmiqyaslı dünya müharibəsində yer almağa başlayarıq.

– Siz bir tərəfdən Türkiyənin tək olduğunu, digər tərəfdən isə onun NATO üzvü olduğunu xatırladırsınız. Yoxsa biz NATO ilə hərbi konfliktə cəlb edilirik?

– Burada çox dialektik situasiya var. ABŞ Türkiyəni birbaşa gülüş obyektinə çevirə bilməz, çünki onun formal müttəfiqi sayılır. Lakin amerikalılara bu kontekstdə Rusiya çox lazım olub. Moskva bütün problemləri və çətinlikləri öz üzərinə götürə bilər. Xatırladım ki, Türkiyə ilk dəfə Rusiyanın onun hava məkanını pozduğunu açıqlayandan bir müddət sonra ABŞ özünün “Patriot” raketdən müdafiə sistemlərini Türkiyədən çıxartdı. Bu sistemlər çoxdan burada qəribə bəhanə altında saxlanılırdı. Guya onlar İrana qarşı zəmanət idi. Birdən amerikalılar Türkiyə hökumətinin bütün etirazlarına baxmayaraq, onları yığışdırırlar. Məncə, bu, ABŞ-ın Rusiya-Türkiyə qarşıdurması zamanı burada şəxsən qalması ilə bağlı vacib məqamlardan biridir. Lakin sonda bu qlobal konfliktə hər kəs cəlb ediləcək.

Dünya sistemi dəyişir

– Təsəvvür edək ki, yeni Rusiya-Türkiyə müharibəsi yaranır. Hansı vasitə ilə o, III Dünya Müharibəsi vəziyyətinə çıxa bilər?

– Hər şey sadədir. Dərhal Ukrayna aktivləşdiriləcək. Kiyev tam məntiqli şəkildə Ankaranın müttəfiqi kimi çıxış edəcək. Bu ölkələr Qara dəniz vasitəsilə sərhəddirlər. Ukraynanın maraqları aydındır. Bununla onun Krımın geri qatarılması imkanları meydana çıxacaq. Bundan sonra həmin iki ölkədən çıxan fərqli şüaları izləməyə başlayaq. Ukraynadan çıxan şüalar Polşaya tərəf yönəlir. Burada hakimiyyətə anti-Rusiya əhval-ruhiyyəsi olan yeni şəxslər gəliblər. Digər şüa isə Baltikyanı ölkələrə tərəf istiqamətlənib. Buradakı elitada bizim ölkəmizi sevmirlər. Türkiyəyə gəlincə isə o, geostrateji baxımdan yalqız olsa da, sosial-siyasi planda tək deyil. Onun ölkədən kənarda böyük dəstəkçiləri var. Məsələn, Çinin özünü necə aparacağını müəyyən etmək mümkün deyil.

– Çinə son illər Rusiyanın müttəfiqi kimi baxılır.

– Məhz Türkiyə Çinin maraqlarını müdafiə edir. Rusiya neftin dollara bağlı olmasını müdafiə edir. Neftin qiymətlərinin ucuzlaşması qara qızılı Amerika valyutasından ayırır. Bu proyekt Çin üçün strateji cəhətdən vacibdir. Son hadisələr neftin qiymətlərinin düşməsinə şərait yaradacaq. 4 dekabrda OPEK toplaşır. Sözsüz ki, orada heç kimin ağlına neft hasilatının azalması gəlməyəcək. Əgər hasilat azalsa, bütün bazarlar OPEK-in əlindən çıxacaq. OPEK üzvləri hasilatı daha da artıracaqlar. Artıq sammit iştirakçıları neftin dəyərini 20 dollara qədər ucuzlaşdırmağa hazır olduqlarını bəyan ediblər. Bunun Rusiya iqtisadiyyatı üçün nə olduğunu deməyə ehtiyac yoxdur.

– Çin dünya konfliktinə cəlb edilə bilər?

– Çin də üçüncü dərəcəli imperialist ölkədir. Onun da Krım və Suriya kimi Tayvan adası problemi var. Hazırda onlar burada anneksiyaya bənzər bir şey hazırlayır. Bu hazırlıq çox sərt şəkildə, hətta amerikalılarla qarşıdurma səviyyəsində aparılır. Bu isə dünya konfliktində artıq Sakit okean cəbhəsinin açılması deməkdir.

– Bu savaşda bizi kim dəstəkləyəcək?

– Rusiya və Türkiyə oxşar situasiyadadırlar və təəccüblü olan sadəcə onların bir-birini güzgüdə necə təkrar etmələridir. Əgər Rusiyadan ayrılan şüaları izləsək, ilk növbədə İranın adını çəkməliyik. Təsadüfi deyil ki, Vladimir Putin bir müddət öncə bu ölkəyə səfər etdi. Buradakı görüşdə hərbi böhran və fəlakət zamanı partnyorluq məsələlərinin müzakirəsi istisna deyil. Məncə, İran belə böhranda Rusiyanın tərəfində dayana bilər.

– Bizi yaxınlaşdıran nədir?

– 1979-cu ildə İranda islam inqilabı baş verdi. Bu, ənənəçilərin konservativ inqilabı idi. 1914 və 1939-cu illərdə ənənəçilərin tərəfdarlarına dəhşətli zərbə vurulduqdan sonra revanş almaq üçün heç bir imkan olmamışdı. Niyə İrana indiyə qədər lağ edilir? Ona görə ki, bu sekulyarizm üzərində qurulmayan növbəti legitimlik formatıdır. Niyə SSRİ Qərb tərəfindən tanındı? Burada bolşeviklər, təkpartiyalı sistem, totalitarizm var idi. Bütün bunlara rəğmən,SSRİ-də sekulyarizm var idi. Bu, Rusiya ilə Qərbi bağlayan yeganə nüans idi. Sekulyarizm dünyada qanuniliyin müasir konsepsiyasının əsası idi. Lakin bu konsepsiya ilk dəfə 1979-cu ildə çat verdi. İndiyə qədər liberallar İrana nifrət edirlər. Ona görə ki, bu da bir tərəfdən xəlifəlikdir. Bu, sekulyarizmdə boşluqdur. Osmanlı imperiyası da xəlifəlik idi və 1924-cü ildə özünün mövcudluğunu dayandırdı. Artıq 90 ildir ki, xəlifəlik yoxdur. Bəs xəlifəlik nə deməkdir. Bu, dini və dünyəvi hakimiyyətin bir simada birləşdirilməsidir. Beləliklə, İranda ənənəçi cəmiyyətin Yaxın Şərq regionunda müttəfiqi yoxdur. Ona görə də İran Rusiyanın tərəfində dayanacaq.

– Amma Rusiya da sekulyar cəmiyyətdir…

– Bizim ölkə parçalanıb. Liberal sistemin içərisində o qədər böyük olmayan qrup var ki, onlar ənənəvi dəyərləri müdafiə edirlər. Bunun da içinə Vladimir Putin daxildir. Onun xoşuna Qrimaldilər, Vindzorlar, sağçı partiyalar gəlir. Digər tərəfdən isə Putin səkkizliyə və iyirmiliyə düşmək üçün bütün hər şeyini verərdi. Əgər bu ictimaiyyət ona imkan vermirsə, o zaman nəyə görə İranla Rusiyanın təbii yaxınlaşması baş verə bilmir? Xatırladım ki, sonuncu Rusiya imperatoru NikolayRomanovadeyirdilər ki, o, Almaniyanın tərəfində dayanmalıdır. Lakin Romanov müxtəlif səbəblər ucbatından Antantaya doğru yan aldı. İndi də situasiya belədir. Bütün parametrlərinə görə, Rusiya gərək Almaniyanın yanında olsun, amma Antantanın (liberalların) yanında yer alır. SSRİ ikinci dərəcəli dünya gücü olduqdan sonra Rusiya onu əvəz etdi və üçüncü dərəcəli gücə çevrildi. Almaniya da ikinci dərəcəli ölkə idi, amma hədəf ölkəyə çevrildi. Yaponiya da onun yolunu tutdu. Bu sistemdə oyun yalnız azaldılmaqla mümkündür. Təsəvvür edin ki, ikinci dərəcəli klassik ölkə olan Fransa birdən ABŞ-la yanaşı durmaq istəyir. Bu,skandal olacaq və Fransanın üzərinə dərhal hücum ediləcək. Ona görə ki, mövcud olan sistem heç bir halda statusun qaldırılmasına imkan vermir. Bunun sayəsində sistem ölümə məhkum olub. Ona görə də əvvəl-axır ABŞda məcbur olaraq özünün statusunu aşağı endirməli olacaq. Nəticədə genişmiqyaslı dəhşətli böhran başlayacaq. Bunun da nəticəsində əsas faktorlar məhv olacaq, yeni legitimlik yaranacaq. Liberalizm zəifləyəcək. Əgər liberalizm ABŞ-da zəifləsə, o zaman Rusiyanın iki variantı olacaq. Rusiya ya Baltiklərdən Saxalinə qədər böyük ərazilərdə mövcudluğunu sona yetirəcək, ya da yenidən formalaşaraq, yenilənmiş dünyada yeni oyun qazanacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.