Xalq artistindən ŞOK SÖZLƏR: “Sürünə-sürünə ondan-bundan xahiş edirdim ki...”
1-12-2019, 10:39
Dünən Elektra Hall səhnəsində türkiyəli həmkarları Ersay Üner və Feride Hilan Akın ilə birlikdə çıxış edən Xalq artisti Röya Ayxan jurnalistlərin suallarını cavablandırıb.
Teref.az xəbər verir ki, Publika.az-a açıqlama verən ulduz fəxri adı daşımağın məsuliyyətli və bir o qədər şərəfli olduğunu dilə gətirib.
- Röya xanım, Xalq artisti adının yükünü daşıya bilirsiniz?
- Əlbəttə ki, məsuliyyətim artdı. Ümumiyyətlə hər zaman məsuliyyətli olmuşam, amma artıq daha ehtiyatlı davranmağa məcburam. Eyni zamanda əvvəllər qorxduğum layihələri həyata keçirmək üçün mənə cəsarət və stimul verdi. İnşallah gələn il teatrlarla bağlı layihələrimiz olacaq.
- Bəs gözlənilən idi sizin üçün?
- Yox, qətiyyən. Birdən oldu.
- Sizi təbrik etməyən və sevinməyən həmkarlarınız da oldu.
- Onlar qorxular. Üzbəüz gələndə qucaqlayıb öpürlər... Normal haldır. Xalq artisti olmaq mənim üçün gözlənilməz idi. Buna Allahın hədiyyəsi kimi baxıram. Bəlkə də o müğənnilər fərxi ad gözlədikləri üçün bu, onların həyatında baş vermir. Özündən əmin olduqları üçün hər hansı iş onlarda alınmır.
- “Panten Altın Kelebek” ödüllərinin bu ilki təqdimatı haqqında nə düşünürsünüz? Sizcə, mükafat azərbaycanlı məşhurlardan kimin olacaq?
- Bu tədbirə Azərbaycan hər il mütəmadi olaraq qatılacaq. Nə zaman müraciət olunsa, yox demərəm. Vaxtım olarsa, bu tədbirə istənilən sənətçi ilə birlikdə qatılmağa hazıram. Qalib başqası olsa, fəxrlə mükafatı ona təqdim edərəm. Yeri gəlmişkən, iştirakçılardan aktrisa Pərvin Abıyeva, Oksana Rəsulova və müğənni Sevda Yahyayevanı dəstəkləyirəm. Həmişə mükafatı almaq üçün getməməlisən, biri alanda yanında onu təbrik edən həmyerlisi də olmalıdır.
- Bu yaxınlarda Baloğlan Əşrəfovun mahnısını paylaşmışdınız.
- Onu çox sevirəm, çünki anam onun dinləyicisidir. Ümumiyyətlə bizim valideynlərimiz Niyaməddin Musayev, Baloğlan Əşrəfov kimi müğənnilərin fanatları olublar. Adımın Röyalə olması da təsadüfi deyil, Niyaməddin Musayevin mahnısından sonra anam bəyənib. Anam deyir ki, efirdə hər dəqiqə stadionları doldurmuşam deyib öyünmə, Baloğlan Əşrəfov stadionları dolduranda sən yox idin. Onun sənətini sevirəm, “Ay uçan quşlar” nəğməsinin başqa versiyasını hazırlamışıq. İnşallah gələn il çıxacaq.
- “Cristal Hall”da konsert verməyi düşünürsünüz?
- İstərdim, lakin mənim fikrimdə tutduğum layihə üçün böyük vəsait lazımdır. Hazırda özüm və oğlum üçün tikdirdiyim evlə məşğulam. Təmiri bitirə bilmirik, çünki ilin 6 ayını işləyirik, 6 ay da iş olmur.
- Qardaşınız İsmayıl Nəcəfov yeni klipini təqdim etdi. Gələcəkdə duetiniz özlənilir?
- Bilmirəm, o, Türkiyədə böyüyüb. Onun dünyası başqadı, məni seçərsə oxuyaram, hər zaman arxasındayam. Öz oğlum olduğu üçün bilirəm ki, kişi xeylağına dəstək olmalısan. Qadın o qədər güclüdür ki, özü öz yolunu seçir. Başa düşdüm ki, kişilərdə belə deyil. Sürünə-sürünə ondan-bundan xahiş edirdim ki, məni toya aparsın. Qardaşım üçün mən varam. İki il qardaşıma musiqi şirkətləri kimi pul buraxacam. İki ildən sonra özün öz yerini möhkəmlədib hesabat verəcək. Bu hesabat o olacaq ki, anam zəng vurub daha məndən heç nə istəməyəcək. Anamın sevinc göz yaşlarını görəcəm. Qardaşlarım 10 ildən sonra dünyaya gəlib. Anaların da gözünün ağı-qarası oğullarıdır. Mən bir bacı kimi qardaşımı qaldırıram ki, işləyib anama baxsın.
- Millət vəkilləri hesab edir ki, 15 minə toya gedən müğənnilərdən alınan 30 manatlıq vergi azdır. Hətta vergi ödəməyənlərin ev və maşının əlindən alınması irəli sürülüb.
- Vergi 30 manat deyil, pul köçürülümələr banklar vasitəsiylə olduğu üçün hamı nə qədər qazandığımızı bilir. Bu sözü düşünmədən deyən hörmətli millət vəkillərimizə demək istərdim ki, əgər 4 toya gedirəmsə, onun ikisinin pulu işə, geyimə, saç düzümü, makiyaj və mahnılara gedir. Əgər problem varsa, aşkarlasınlar, azdırsa, vergini artıraq.
- Xalq artisti Afaq Bəşirqızı ilə gözəl dostluq münasibətləriniz olduğunu bilirik. Onun millət vəkiliyinə namizədliyini irəli sürməsi ilə bağlı kompaniya başladılıb.
- Seçilməsini əlbəttə ki, istəyərəm. Çünki bizim sözümüzü çatdıracaq sənətçi birinin olması laızmdır.
- Faiq Ağayevin də namizədliyini irəli sürməsi gündəmdədir.
- Niyə də yox? Kim istəyirsə olsun, mən isə öz yerimdən məmnunam.