Bu da cavab: Xaçatryan Meksikada niyə məşhurlaşdı?

19-04-2022, 10:37           
Bu da cavab:
Bu dığalar 30 ildir bərkitdikləri səngərləri, əllərindəki silah-sursatı, idarə etdikləri tankı, texnikanı qoyub qaçdığı halda, 44 günlük müharibədən danışarkən Fransada, Belçikada, Rusiyada, hətta Afrikada belə öz əsgərlərinin “qəhramalığından” dəm vurdular. Özü də hərə özünə xas, öz sənətinə uyğun şəkildə. Rəssamları yüzlərlə sərgilər keçirdi, özü də dünyanın dörd bir yerində, yazıçıları kitablarını təqdim etdi...

Yeri gəlmişkən, elə ermənilərin illər öncə istifadə etdikləri bir aforizmi yada salaq: “Əsas tarixi hadisə deyil, əsas yazıçının bu tarixi hadisəni necə gördüyüdür”.

Elə bilərsiz erməni mədəniyyət quluna bu işə görə milyonlar verilir, ona görə Aram Xaçatryan kimisi bir il yarıma 40 əsər ərsəyə gətirir! Xeyr! Onun Meksikada baş tutmuş yaradıcılıq gecəsində yerli jurnalistin “maliyyəni hardan tapa bildiniz?” sualına cavabına baxın: “Erməni ogulları canlarını verdi, mən isə sadəcə evimi satdım”. Onun bu sözləri Meksika mətbuatında manşetlərə daşındı...

- 5 dildə cap olunan “vətənimin torpağı” foto-kitabı (Aşot Muradyan) - 20 ölkədə təqdim olundu, bir neçə nüfuzlu mükafatlara laiq görüldü. Sərgiləri ümumilikdə yüz mindən çox insan seyr etdi.

- Çexiya paytaxtı Praqa. Çex dilində “Poslední zapálí vesnici” (Son çıxan kəndi yandırır) adlı kitab təqdimatı. Yazıçı Toma Aratunyan. Sizcə, nədən yazır? Bizim, azərbaycanlıların “vəhşiliyindən”... Bəs bu əsər məşhurlaşdımı?

Təqdimatdan çıxan çexlərin dediklərindən: “Bu, çox tükürpədici hadisədir. İnanmaq olmur ki, hər hansı bir xalq bu qədər mərd olsun. Ermənilər həqiqətən də qəhraman imişlər”...

Bu sözləri yazanda əsəbləşirəm, inanmıram oxuyanda siz biganə qalasınız...

Amma belə yaxşıdı, bəlkə hirslənib nəsə etdiniz, yoxsa bu Xorenlər “qəhrəman” da olacaq, bizi “vəhşi” də elan edəcək.

77 il bundan əvvəl Yaponiyanın tarixində ən dəhşətli faciələrdən biri baş verib: 1945-ci ilin avqust ayında Amerika bombardmançıları Xirosima və Naqasaki şəhərlərinə atom bombaları atdılar. Günahsız qurbanlar həddən artıq çox idi. Bu hadisə nəinki Yaponiyanı, həm də bütün dünyanı sarsıtdı. Onminlərlə günahsız insan, uşaq bir an içində məhv edilmişdi. Bu faciə fonunda amerikalılar və ümumiyyətlə, bir çox ölkənin nümayəndələri uzun illər həmin bombardmançı Pol Tibbeti qəhraman hesab edirdi. Niyə? Çünki onun haqqında onlarla kitab yazılmışdı, amerikalı yazıçılar Polu “qəhrəman” edə bilmişdilər. Bu da qələmin gücü:

“Pol anasını sevirdi, təyyarənin adı da anasının adını daşıyırdı: “Enola Qey”. O, vətənini də hədsiz sevirdi və öz həyatı ilə risk edərək bu tapşırığı yerinə yetirməli idi...”

Hələ Polun anası ilə tapşırıq öncəsi vidalaşma parçasını demirəm... İnsan oxuduqca Polun sağ qalmasını istəyir, tapşırığın yerinə yetirilməsini arzulayır...

İndi qayıdaq bizim günlərə, bizim dərdimizə. Yalanı “gercək” edə bilən yazıçılar, rəssamlar, şairlərə də ehtiyacımız yoxdur. Düzü düz göstərməkdə həvəsli olan, buna görə nəyindənsə keçə biləcək birilərinə ehtiyacımız var. Hamı elə dəstəyin olmamasından, pulsuzluqdan şikayətlənir. Düzdür, yazıb-yaradanlar da oldu, amma məğlub olan, qaçan, sayları sayımızdan, başları başımızdan az olan ermənilər bizi bu işdə onqat üstələyə bildilər. Əsl qəhrəman Cəbrayıl olduğu halda, bir çox ölkədə Vazgenin “şücaətindən” danışıldı... Heç soran, soruşan da olmadı ki, bu müharibənin sonu necə oldu? Bu Vazgen kim idi, harda qulluq edirdi? Bu, Avropada və yaxud Amerikada heç kimin vecinə də deyil. Əsas odur ki, erməni yalanları birnəfəsə oxundu, oxucuya müəyyən emosiya verdi.
Mənbə: Axar.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.