Azərbaycanda ikirəqəmli inflyasiya! – “Son yeddi ilin ən yüksək qiymət artımı...” - NƏ ETMƏLİ?

20-04-2022, 19:54           
Azərbaycanda ikirəqəmli inflyasiya! –
“Düşünürəm ki, mözcud vəziyyətlə bağlı bəzi addımlar da atıla bilər”

“Məsələn, məhsulları idxal edən şirkətlərə xüsusi vergi və gömrük güzəştləri olmalıdır”

“Həmçinin dövlət tərəfindən xüsusi bir güzəşt paketi hazırlanmalı və sahibkarlara təqdim edilməlidir”


Son üç ayda Azərbaycanda inflyasiyanın 18 faizə yüksəldiyi bildirilir. Əlbəttə, bu rəqəm yüksəkdir. Amma obyektiv səbəblər də olmamış deyil. Çünki bu göstəricinin bir hissəsi dünyada ərzaq və digər məhsulların qiymətinin artması ilə bağlı olaraq idaxal edilmiş inflyasiyaya əsaslanır.

Maraqlıdır, inflyasiyanın ikirəqəmli olması əhalinin sosial güzaranına necə təsir göstərəcək?

Sualımızı cavablandıran iqtiadçı-ekspert Elmir Səfərli “Sherg.az”a bildirib ki, bu proses tək bizim ölkədə yaşanmır:

“Ümumiyyətlə, pandemiya sonrası bütün dünya ölkələrində inflyasiya həddinin yüksəlməsi birbaşa olaraq Azərbaycandan da yan keçməyib. Son üç ayda ərzaq qiymətlərində baş verən bahalaşmalar, xüsusən də istehlak səbətinə daxil olan məhsulların qiymətindəki artımlar inflyasiya həddinin gözləniləndən çox olmasına səbəb oldu.

Azərbaycan bir çox məhsulları idxal edən ölkədir. Bu kontekstdə ərzaq və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir.

Hazırda dünya səviyyəsində qlobal ərzaq məhsulları ticarətində son yeddi ilin ən yüksək qiymət artımı müşahidə olunur. Hətta bunu BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı öz hesabatında qeyd edib. Bu baxımdan idxala bağlı olan ölkələr, ixracatçı dövlətlərdə yaşanan qiymət artımından mütləq təsirlənəcək. Bu prizmadan yanaşsaq, Azərbaycanda ərzaq məhsullarının dəyərinin son yeddi ayda durmadan artmağını idxal qiymətləri ilə əlaqələndirə bilərik”.

E.Səfərli onu da bildirib ki, son iki ildə dünyada tüğyan edən pandemiyadan asılı olaraq ərzaq məhsullarının ümumi istehsalında azalma müşahidə olunmaqdadır:

“Bu isə öz növbəsində məhsulun qiymətinə təsir göstərir. Təbii ki, bu qiymət artımlarının qarşısının alınması üçün xüsusi antiinflyasiya tədbirləri həyata keçirilir. Hətta bu yaxınlarda Nazirlər Kabineti tərəfindən kredit və faizlərin subsidiyalaşdırılması ilə bağlı müəyyən qərarlar imzalandı.

Digər tərəfdən müəyyən məhsulların istehsalçılarına daxili istehsalın təşviqi ilə bağlı müəyyən güzəştlər tətbiq olunur. Düşünürəm ki, mözcud vəziyyətlə bağlı bəzi addımlar da atıla bilər.

Məsələn, məhsulları idxal edən şirkətlərə xüsusi vergi və gömrük güzəştləri olmalıdır. Həmçinin dövlət tərəfindən xüsusi bir güzəşt paketi hazırlanmalı və sahibkarlara təqdim edilməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.