Rusiya mayın 9-da ukraynalı məhbusların paradını keçirmək istəyir – ARESTOVİÇ / VİDEO

24-04-2022, 10:44           
Rusiya mayın 9-da ukraynalı məhbusların paradını keçirmək istəyir – ARESTOVİÇ / VİDEO
Rusiya mayın 9-da işğal olunmuş ərazilərdə ukraynalı məhbusların paradını təşkil etmək istəyir.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç məlumat verib.

"Məhbusları bu cür ələ salmaq cinayətdir. Bu, Cenevrə Konvensiyasının və bütün müharibə qaydalarının çox ciddi şəkildə pozulmasıdır. Lakin Rusiya buna getmək, "düşən şalvarını" qaldırmaq istəyir", - o deyib.

Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Rusiya diktatoru Vladimir Putinin mayın 9-da dayanmaq fikrində olmadığını bildirib. İddia olunur ki, o, ordunun qarşısına əsas məqsəd qoyub və onun reallaşacağını gözləyir.

"Biz başa düşürük ki, Putin dayanmaq fikrində deyil. Nə 9 may, nə 10 may, nə də 20 may. Putinin hərbçilərinin qarşısına qoyduğu vəzifə çox sadədir - dövlətimizi məhv etmək. Onların başqa heç bir məqsədi yoxdur”, - Danilov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru