“Toppuş bacıda əvvəldən problem var idi, gərək o halda əməliyyata girməzdi, məndə isə...”

25-04-2022, 09:18           
“Toppuş bacıda əvvəldən problem var idi, gərək o halda əməliyyata girməzdi, məndə isə...”
“Toppuş bacıda əvvəldən problem var idi, gərək o halda əməliyyata girməzdi, məndə isə...”

“Heç vaxt belə arıq olmamışam. İnsanlar qəbul etsə də, etməsə də arıqlıq sağlamlıqdır, köklük əziyyətdən başqa bir şey deyil. Həm də sənət adamı həmişə gərək formada olsun. Bəzən deyirlər ki, Toppuş bacı da əməliyyat olundu, daha sonra xəstələndi. Toppuş bacıda əvvəldən problem var idi, gərək elə olduğu halda əməliyyata girməzdi. Bu tamamilə qorxusuz əməliyyatdır. Mən bütün bunları 100 ölçüb, 1 biçib əməliyyata girdim və uğurlu nəticə əldə etdim. Əməliyyatdan öncə də bütün müayinələrdən keçdim. Sağ olsun Zaur Baxşəliyev vasitəçi oldu. Mən ona və “Bizimləsən” verlişinin bütün əməkdaşlarına sonsuz təşəkkürlərimi bildirirəm. Bir də bu əməliyyatı uğurla icra edən təbii ki, dəyərli doktorum, Prime Hospitalın Ümumi-Bariatrik Cərrahi Doktor Ruslan Ağayevə sonsuz təşəkkürümü bildirirəm. Mən belə davam edəcəyəm, kökəlmək getdi daha. Hər zaman doktorumun nəzarəti ilə düzgün şəkildə qidalanıram. Ona görə də İnşallah ki, heç bir problemimiz olmaz. Təbii ki, idman da vacibdir”.

Bunu Moderator.az-a açıqlamasında, bu günlərdə əməliyyat olunaraq artıq çəkilərdən xilas olan, tanınmış müğənni Nurlan Əzizbəyli bildirib. O daha sonra övladının doğum günü olduğunu bildirərək, ona arzularından danışıb.

“Bir ata olaraq övladıma nə arzulasam azdır, çünki arzular bitmir, tükənmir. Ona arzum budur ki, həyatda düzgün addımlamağı bacarsın və hər zaman uğurları ilə bizi sevindirsin. Mənim nail ola bilmədiyim bir çox şeylərə o nail olsun. Əsas da mərdimazarlardan uzaq olub, özünə düzgün çevrəsi qursun. Hansı sahədə olsa belə, əlimdən gələn dəstəyi əsirgəmərəm. İstədiyim imkanım olmasa da hörmətimiz var, şükürlər olsun” deyə müğənni bildirib.

lBir müddət əvvəl anasını itirən müğənni hələ də onun yoxluğuna öyrəşmədiyini bildirib.

“Ana mənim yaralı yerimdir. Anasız insan qanadsız quşdur sanki. Onunla bağlı olan xatirələrim indi də göz önümdə canlanır. Ana elə bir müqəddəs varlıqdır ki, o hər kəsi əvəz edə bilər, amma onu heç kəs əvəz edə bilməz. Bu həsrətə, anamın yoxluğuna dözmək mənim üçün çox çətindir, onsuz suyum da, çörəyim də zəhərdir. Allah heç bir ailəni böyüksüz etməsin. Onun yoxluğu ilə heç cür barışa bilmirəm. Nur üzlü anamın məkanı cənnət olsun. Düzdü, zaman-zaman bəlkə də bu dərdə alışacam, amma bir ömür boyu bu yara mənim qəlbimdə əbədi qalacaq. Hər gün göz yaşları içində boğuluram, anam üçün, onun isti nəfəsi üçün çox darıxıram çox” deyə Nurlan Əzizbəyli bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.