“Onu süpürgə ilə qovmaq lazımdır...” - Priqojin indi də Peterburq qubernatoruna savaş açıb

8-03-2023, 00:12           
“Onu süpürgə ilə qovmaq lazımdır...” -
“Vaqner” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojin Peterburq qubernatoru Aleksandr Beqlovu hədəfə alıb.

“AzPolitika.info” xəbər verir ki, Priqojinin öz mətbuat xidməti tərəfindən yayılan paylaşımında Beqlov yarıtmazlıqda günahlandırılır və onun qubernator vəzifəsinə layiq olmadığı bildirilir.

Priqojin Sankt-Peterburq küçələrinin bərbad vəziyyətdə, zir-zibillə dolu olduğunu qeyd edir və deyir ki, “Baxmuta getmək Sankt-Peterburqda hərəkət etməkdən asandır”.

“Tamamilə qudurmuş qubernatoru nəhayət, çirkli süpürgə ilə qovmaq lazımdır”, - deyə Priqojin bildirib.

Qeyd edək ki, Priqojin-Beqlov qarşıdurmasının tarixçəsi böyükdür. Ötən ilin sonlarında da Priqojin qubernatoru təhqir və təhdid edərək bildirmişdi ki, Beqlov səfərbərliyi sabotaj edir.

Bu iki şəxsin arasındakı intriqanın kökləri Beqlovun seçki kampaniyası dövrünə təsadüf edir. Priqojin vaxtilə yaxın münasibətdə olduğu Beqlovun seçki kampaniyasına 26 milyon dollar xərclədiyini bildirib. Əvəzində Beqlov ona şəhərin bir neçə yüz milyonluq bahalı infrastruktur layihələrini verəcəkmiş. Lakin seçiləndən sonra qubernator “Vaqner” başçısını yaxın buraxmayıb.

Son günlər isə mətbuatda və sosial şəbəkələrdə Priqojinin Sankt-Peterburqda Beqlova qarşı etiraz aksiyaları keçirməyi planlaşdırdığı barədə məlumatlar yayılıb. Hətta bununla bağlı qubernator şəhərdəki ali məktəblərə xüsusi məktub ünvanlayaraq, tələbələrin belə aksiyalara buraxılmamasına dair göstəriş verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.