Novxanı sakini: "Səhvi ancaq oğlunda görməlisən, gəlində yox"

13-04-2025, 10:38           
Novxanı sakini: "Səhvi ancaq oğlunda görməlisən, gəlində yox"
Baku TV-nin "O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramın budəfəki qəhrəmanı Novxanı sakini Zemfira Şahbazova olub.

Qonşuluq münasibətlərindən danışan Zemfira Şahbazovanın sözlərinə görə, müasir dövrlə müqayisədə keçmişdə bu əlaqələr daha yaxşı idi:

"O vaxtlar qonşuluq münasibətləri çox yaxşı idi. Əvvəllər təndirə çörək yapardılar. Anam xəstə idi, xəmir yoğura bilmirdi. Qonşularımız bizim üçün xəmir yoğurar, çörək bişirərdilər. Amma indi qonşular qapılarını bağlayır, salam belə vermək istəmirlər".

Novxanı sakini həmçinin gəlin-qayınana münasibətlərindən danışıb. Zemfira Şahbazovanın sözlərinə görə, qayınanalar gəlinləri incitməməli, onlara ana kimi davranmalıdırlar:

"Qayınana evdə böyüklük etməyi bacarmalıdır. O, gəlini qızı kimi qəbul etməli, səhvi həmişə oğlunda görməlidir. Gəlini sıxmaq, incitmək olmaz".

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.