Nardaran sakini müasir gəlinləri topa tutdu: "Kişi yeməyini-suyunu alırsa, daha nə istəyirsən?" VİDEO

Bu gün, 16:34           
Nardaran sakini müasir gəlinləri topa tutdu:
"O vaxtlar"ın budəfəki qəhrəmanı Nardaran sakini Şəhla Fərəcova olub.

O, ailələrdə uşaqların tərbiyəsində nənələrin rolundan danışıb:

"Nənələrimiz bizə başa salırdı ki, ərə getmisənsə, hər şeyə dözməlisən, səbirli olmalısan. Səbir olmayan yerdə heç vaxt xoşbəxtlik olmur. Amma indiki qızlar başqa cürdür. Özüm iki qız köçürmüşəm, ikisinə də deyirəm ki, mənə gəlib evinizin sirrini danışmayın. Çünki yoldaşlarınız mənim gözümdən düşər. Beş günə siz barışarsınız, amma mənim ürəyimdə xal qalar".

Şəhla Fərəcova gənclərə aza-çoxa qane olmağı tövsiyə edib:

"Qızlar həyalı, abırlı olsunlar. Ərlərindən çox şey istəməsinlər, kişiləri incitməsinlər, yazıqdırlar. İndikilər gündə bir paltar istəyirlər. Elə şey olmaz. Qadın dözümlü olmalıdır. Mən öz qızlarıma da deyirəm, kişi axşam evə gəlir, yeməyini-suyunu gətirirsə, daha nə istəyirsən?!".

Daha ətraflı Baku TV-nin süjetində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.