Çingiz Qənizadə: "İnsan haqları, demokratiyadan danışanlar bütün dəyərləri məhv edirlər"

6-06-2015, 10:46           
Çingiz Qənizadə: "İnsan haqları, demokratiyadan danışanlar bütün dəyərləri məhv edirlər"
"İnsan haqqları, demokratiyadan danışanlar bütün dəyərləri pozmağa cəhd edirlər. Bir şəklə görə səfirin geri çağrılması məsələsi qaldırılır. Yunanıstan səfirinin öz ölkəsinə həqiqəti əks etdirməyən məlumat verməsinin şahidi olduq. Guya Rusiya,Türkiyə və bir çox ölkə prezidentləri I Avropa Oyunlarının açılış mərasiminə qatılmayacaqlar. Hansı demokratik dəyərlərdən danışırlar bunlar?"

Bu fikirləri Ölkə.Az-a Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə Avropa İttifaqının Bakı ofisinin təxribatçı əməlləri barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bir çox dövlətlər müəyyən beynəlxalq təşkilatlara dəstək göstərməklə ölkəmizə qarşı çirkin kampaniya aparırlar:

"Biz Avropa İttifaqı ilə tərəfdaşıq. Münasibətlərin inkişafı üçün lazımi şərait yaradırıq. Azərbaycanın bütün qanunvericiliyi 2000-ci ildən Avropa standartlarına uyğunlaşdırıllıb. Bu vaxta qədər üzərimizə götürdüyümüz öhdəlikləri icra etmişik. Ancaq bunlar yenə də ikiüzlülük nümayiş etdirirlər. Azərbaycana fürsət düşən kimi təzyiqlər etməkdən çəkinmirlər. Tərkiblərində antimüsəlman, antitürk qruplar var. Azərbaycanın bu günki uğurları, yerləşdiyi məkanda söz sahibi olması bəzi dövlətləri narahat edir. Həmin dövlətlər müəyyən beynəlxalq təşkilatlara dəstək göstərməklə ölkəmizə qarşı çirkin kampaniya aparırlar. Yunanıstan səfirinin məsələsinə gəlincə, səfir ölkəsini təmsil etməlidir. Ancaq çalışdığı ölkədə nə baş verirsə onu öz dövlətinə olduğu kimi çatdırmalıdır. Bütün bunlar bir daha göstərir ki, AntiAzərbaycan kampaniyası bir mərkəzdən idarə olunur".

Ç.Qənizadə Martin Şultsun "İdman və İnsan haqqları" tədbirindən də danışıb:

"Bu ayın 10-da Avropa İttifaqında Martin Şults İdman və insan haqqları mövzusunda toplantı keçirəcək. Uzun illərdir hüquq müdafiəçisiyəm. Heç vaxt idmanla insan haqlarının birləşdirilməsinin şahidi olmamışam. Bu ad altında nələrisə müzakirə edəcəklər. Çox gülüncdür. Əslində idman süh, həmrətlik, dostluq deməkdir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.