Darvinizm Quranı inkar etmir, əksinə...
16-07-2015, 12:10
Aqillər elmi – zahiri və batini olmaqla – iki qrupa bölürlər. Zahiri elm məktəblərdə oxumaqla mənimsənilir. Batini elm isə, elmi-ladun adlanır və tək oxumaqla əldə edilə bilməyən, hisslə, duyumla öyrənilən bir elmdir. Böyük Alim Deyləmi bu barədə “Elmi-batin (elmi-ladun) Allah-Təalanın sirlərindən bir sirdir. Onun hökmlərindən bir hökmdür. Dilədiyi qulunun qəlbinə salar” – demişdir.
Beləliklə, müsahibimiz tədqiqatçı-yazar, Elmi-ladun üslubunda otuzdan çox kitab müəllifi olan Paşa Yaqubdur.
* Paşa bəy, kəramət nədir?
-“Quran”da belə bir ayə vardır:
“Allah istədiyi şəxsə hikmət (elm, mərifət, kəramət) bəxş edər. Kimə hikmət bəxş olunmuşsa, ona çoxlu xeyir (əbədi səadət) bəxş olunmuşdur”.
İnsan həyatda gözəl işlər, gözəl əməllərlə məşğul olduqca və “Quran” ədəbi, “Quran” əxlaqı ilə yaşadıqca, onun nuru artır və Allaha başqalarından daha yaxın olur. Yaxın olduqca da duaları daha tez qəbul edilir. Belə şəxsləri Rəbbim “Quran”da vəliyullah, həbibullah, övliyaüllah adlandırır ki, dilimizə tərcüməsi Allahın vəlisi, dostu, həbibi mənasını verir. Belə şəxslər xalq arasında əsasən kəramət sahibləri kimi tanınırlar. Həm kişilər, həm də qadınlar arasında rast gəlinən bu cür şəxslər mərifət elminə sahib olurlar.
Allah dostları kəramətin özləri üçün böyük bir imtahan olduğunu bilərək, bu haldan həmişə ehtiyat etmişlər və şükürlə Rəbblərinə yönəlmişlər. Onlar əsl kəramətin “istiqamət” olduğunu dərk etmiş və bu cür yaşayaraq, başqalarına nümunə olmuşlar.
Kəramət – Allah dostu olan bir şəxsdə fövqəladə bir halın meydana gəlməsidir. Peyğəmbərlərdə zühur edən qeyri-adi hallara isə, möcüzə deyilir.
Kəramət, Allahın öz quluna bir ikramıdır.
* Kəramət neçə cür olur?
* Kəramət iki cür olur:
Hissi və maddi kəramət. Buna misal olaraq uzun məsafəni qısa zamanda qət etmə, az qidanı çoxaltma, su üzərində yerimə, odda yanmamaq kimi kəramətləri göstərmək olar.
Allah dostları bu cür kəramətlərə çox da önəm verməz və onu daim cəmiyyətdən gizlətməyə çalışarlar. Bütün bunların Allahın imtahanı olmasından qorxarlar.
Mənəvi və həqiqi kəramət. Bu kəramətlər elm, ürfan, səxavət, mərifət və əxlaqla əlaqəli kəramətlərdir. Bir insan pis, xoşagəlməz bir halından imtina edərək, gözəl və hamının bəyəndiyi bir hala gələrsə, ən böyük kəramət budur. Həqiqi kəramət elmdə, ürfanda, əxlaqda, ibadətdə, itaətdə, əməldə, ədəbdə və insanlıqda göstərilən üstün nümunələr, fəzilətlərdir.“İstiqamət kəramətdən üstündür. Çünki kəramət nəfsin, istiqamət isə Rəbbin səndən istədiyi şeydir” – deyilmişdir. Bu səbəbdən də biz hər namazda “Fatihə” surəsini oxuyarkən Rəbbimizə “Bizi doğru yola hidayət et” (5-ci ayə) - deyə, dua edirik.
Həqiqi Allah dostları elm, ürfan və əxlaq vasitəsiylə baş verən dəyişiklikləri, irəliləmələri və yüksəlişləri gerçək kəramətlər olaraq qəbul etmişlər. Hissi və maddi kəramətlərə isə, çox da önəm verməmişlər. Bir şeyxin və yaxud seyidin göstərdiyi ən böyük kəramət bir kafirin mömin olmasına, bir günahkarın pis əxlaqdan nəfsini tərbiyə etməsinə vəsilə və vasitə olmasıdır. Hissi və maddi kəramətə isə, bütün çarələr tükəndikdə, əlac kəsildikdə baş vurmuşlar.
Həqiqi kəramətin Allahın dostluğunu qazanmaq, əxlaqca yüksəlmək və nəfsin tərbiyə edilməsi olduğunu Həzrət Rəbiyə ilə Həzrət Həsən Bəsri arasında baş verən bir əhvalatda aydın görmək olur. Belə ki, bir gün Həsən Bəsri Fərat çayının kənarında oturan Rəbiyyəni görüncə, səccadəsini suyun üzərinə sərib: “Gəl burada iki rükət namaz qılaq” - dedi. Rəbiyyə: “Ustad, axirət əhlinə dünya bazarından bir nümunəmi göstərmək istəyirsən? O halda onun eləsini göstər ki, insan oğlu bənzərini göstərməkdə aciz qalsın” – deyə cavab verdi. Rəbiyyə daha sonra səccadəsini havaya sərdi və “Ey Həsən, sən də buraya gəl və insanların gözündən qeyb ol” dedikdən sonra əsas söyləmək istədiyini söylədi: “Ustad, sənin etdiyini balıqlar, mənim etdiyimi isə, mələklər edər”.
Buradan belə qənaətə gəlmək olur ki, kəramət “Allahım, yaradılışımı gözəlləşdirdiyin kimi, əxlaqımı da gözəlləşdir” - duasıyla həyatı səadət və riza ilə yaşamaqdır. Necə ki, Həzrət İbrahim: “Ya Rəbbim, məndən sonra gələcək nəsillər arasında xoş sözlərlə anılıb, gözəl duyğularla xatırlanmamı istəyirəm” – deyə dua etmişdir.
* Paşa bəy, Siz kitablarınızda dünyada baş verən təyyarə qəzalarının, Qatar və enerji qəzalarının sirlərini açırsınız və bunların təsadüf olmadığını, bir qanunauyğunluğa tabe olduğunu riyazi hesablamalarla sübut edirsiniz. Məşğul olduğunuz bu elmi “ladun elmi” adlandırırsınız. Mümkünsə bu elmin mahiyyəti haqqında oxucularımıza geniş məlumat verərdiniz…
-Nəzərinizə çatdırım ki, ladun sözü ərəbcə “dərin qat” mənasını verməklə, elmin dərin qatlarına işarədir. Bu, tək zəhmətlə (oxumaqla) əldə edilə bilməyən, həm də qəlbə gələn duyumla (hissiyyatla) qazanılan bilgidir. Vaxtilə peyğəmbərlər, sufi şeyxləri və digər kəramət sahibləri bu cür elmə malik olublar və sirlər üzərindən pərdələri məhz bu elmlə qaldırıblar.
Ladun elminə bəzi alimlər mərifətullah elmi də deyirlər. “Sülük-ül-Uləma” adlı əsərdə keçən bir hədisi-şərifdə: “Elmlərdən elələri vardır ki, onları ancaq mərifətullaha sahib olanlar bilirlər. Onlar bu elmlərdən xəbər verdikləri zaman mərifətullaha sahib olmayanlardan başqası onları inkar etməz” - buyrulmuşdur.
Hadimi həzrətləri: “Mərifətullah bilgiləri kəşflə və ilhamla hasil olur. Müəllimdən öyrənilməz. İbadətlərin yapılması və bütün şəriət bilgiləri isə ustaddan öyrənməklə əldə edilir” – demişdir.
İnsanın görünməyən və aləmi əmirdən olan qəlb, sirr, ruh kimi dəyərləri mövzu edən elmə qısaca könül – yəni, qəlb ; ruhla bağlı elmə elmi-batin (və yaxud elmi-ladun) deyilir. Deyleminin rəvayət etdiyi bir hədisi-şərifdə: “Elmi batin Allah-təalanın sirlərindən bir sirdir. Onun hökmlərindən bir hökmdür. Dilədiyi qulunun qəlbinə salar” – deyə buyurulmuşdur.
Sirli hadisələr üzərindən pərdələri məhz bu elmlə qaldırmaq olur.
* Kitablarınızda peyğəmbərləri (elmi-ladun sahiblərini) transformatorla müqaisə edirsiniz...
-Bildiyimiz kimi, kainat fizikanın qanunları (fiziki qanunlar) ilə idarə olunur. Yəni İlahi sistemdə enerjinin paylanması ilə, fizikada enerjinin paylanması qanunları üst-üstə düşür.
Peyğəmbərlər və elmi-ladun sahibləri Allah-təala ilə bəndələri arasında enerji ötü-rücüsü funksiyasını yerinə yetirirlər. Fizikada isə bu funksiyanı transformatorlar yerinə yetirir. İndi onlar arasında olan riyazi oxşarlıqlara nəzər salaq.
Bildiyimiz kimi Peyğəmbərin qəbul etdiyi enerji (vəhy) gizli səs, siqnal formasında olur. O, bu siqnalı sözə ÇEVİRMƏKLƏ insanlara çatdırır. Həm də, hamısını deyil, onların şüuru səviyyəsində (həzm edə biləcəyi qədər) ötürür.
Maraqlıdır ki, transformatorun da iş prinsipi eynən bu cürdür. "Transformasiya" - ÇEVİRMƏ deməkdir və funksiyası mənbədən qəbul etdiyi yüksəkgərginlikli enerjini alçaqgərginlikli enerjiyə (220) çevirib, mənsəbə (cihazlara) ötürməkdən ibarətdir.
Bildiyimiz kimi, transformatorlar - yüksəldici və alçaldıcı olmaqla - iki qrupa bölünür.
Yüksəldici transformatorların vəzifəsi qəbul etdikləri enerjini artıraraq ötürməkdən ibarətdir. Onlara nəinki cihaz birləşdirmək, heç yaxınlaşmaq da mümkün deyildir. İnsanı məsafədən vurur. Onun üçün də belə transformatorlar məhəllələrdən kənarda qoyulur və onlarla əlaqə alçaldıcı transformatorun vasitəsi ilə qurulur.
İlahiyyat sistemində bunun misalı vəhy gətirən mələklərdir ki, adi insanların onlarla əlaqəsi nəinki mümkün deyildir, hətta uzaqdan belə onu görməsi ilə mələyin enerji və informasiya yükünə tab gətirə bilməzlər (xatırladım ki, Həzrət Cəbrayıl tərəfindən vəhy Peyğəmbərimizə çox vaxt məhəllədən kənarda – Hira dağında nazil olardı).
Alçaldıcı transformatorlar isə, məhəllə (oxu: cəmiyyət) daxilində yerləşdirilməklə, yuxarıda qeyd etdiyim kimi, qəbul etdiyi yüksəkgərginlikli enerjini azaldaraq, cihazların (oxu: insanların) tutumuna uyğun – 220-yə çevirərək, ötürürlər.
İlahi sistemdə bunun misalı peyğəmbər və kəramət sahibləridir ki, qəbul etdikləri vəhyin bir hissəsini özlərində saxlamaqla (informasiya yükünü azaltmaqla) insanların beyin tutumuna (şüur səviyyəsinə) uyğun olaraq cəmiyyətə ötürürlər.
İlahi sistemdə və fizikada enerjinin saxlanması və paylanmasındakı bənzərlik tək bunlardan ibarət deyildir. Belə ki, məişətimizdə istifadə etdiyimiz bütün cihazların üzərində bir qayda olaraq 220 ədədi həkk olunmuşdur.
Maraqlıdır ki, həmin 220 ədədi enerji (ruh) daşıyıcısı olan insanın da üzərinə həkk olunmuşdur. Belə ki, hər bir insanın anatomik quruluşu 220 (!) sümüyün birləşməsindən yaranıb!
-Oxucuda haqlı olaraq belə bir haqlı sual yaranacaq ki, peyğəmbərlər və kəramət sahibləri də bioloji cəhətdən bizim kimi insanlar olduğu halda, niyə onlar mələyin informasiya və enerji yükünə tab gətirə bilir, başqa insanlar tab gətirə bilmir?
-Bu maraqlı sualın da cavabını yenə fizikanın qanunları ilə vermək mümkündür. Belə ki, adətən transformatorların tutumunu artırmaq üçün onu açıb, içindəki sarğıları artırmaqla (genişləndirməklə) buna nail olurlar.
Kamil insanlarda da eynən bu cürdür – vəhy qəbul etməzdən öncə onların qəlbində genişlənmə prosesi gedir. Yəni, onların enerji və informasiya götürmə qabiliyyəti artırılır. Bu barədə “Quran”ın “Açılıb genişlənmə” (94) surəsində belə deyilir:
“Məgər biz sənin köksünü açıb genişləndirmədikmi?!” “Quran”, 94:1.
-Maraqlıdır, dediyiniz bu açılıb-genişlənmə prosesi sizdə də baş veribmi?
-Bəli.
-Sir deyilsə, bu barədə bir qədər ətraflı danışa bilərsizmi?
-Bu proses məndə məhəbbət prosesi ilə yanaşı getdi. Yəni, özümdən aslı olmayaraq, qəlbimə şiddətli və təsəvvürə gəlməz dərəcədə güclü məhəbbət gəldi. Bu çox yandırıcı bir hiss idi, qəlbimi yandırırdı və günlərlə yata bilmirdim. Həmin vaxt Qeysin niyə eşqin təsirindən Məcnun olub səhralara düşdüyünü dərk etdim və onun halını canlı yaşadım. Bir neçə gün yuxusuzluqdan və qəlbimin yanğısından rahatlıq tapa bilmədim. Həmin müddətdə dayanmadan Rəbbimə dualar edirdim ki, məni bu çətinlikdən xilas etsin, rahatlıq tapım. Hiss edirdim ki, döş qəfəsim içəridən sanki yodlu pambıq basılaraq dezinfeksiya edilir. Çox göynədirdi, sanki
yaraya yod basan kimi. Bu proses getdikcə də sinəmdə genişlənmə hiss edirdim. Nəhayət, bir müddətdən sonra sinəmin xeyli genişləndiyini hiss etdim. Ondan sonra göynəmə dayandı və rahatlandım. Sanki, böyük bir məhəbbət sinəmə girmişdi və sinəmin ölçüsü kiçik olduğundan ora sığışmırdı, darlıq edirdi. Bu da məni narahat edirdi. Məhəbbət sinəmi yandıraraq genişləndirdi və özünə yer elədi, rahatlandım. Bu hiss həm də qəlbimdəki digər ziyanlı – paxıllıq, həsəd, lovğalıq, kin-küdrət, eqoistlik, özünəvurğunluq kimi hissləri yandıraraq, yox etdi. Rahatlıq tapmağımın bir səbəbi də bu oldu.
-Məhəbbət haqqında kitabınızdakı yazını da yəqin bundan sonra yazmısınız? Eşqin yandırıcı hiss olduğunu Mendeleyev cədvəlindəki yandırıcı elementlərlə maraqlı müqayisəsini aparmısınız…
-“Quran”ın 16-cı surəsi «Bal arısı» adlanır. Qeyd edim ki, ana arı öz balasını 16 gün bəslədiyindən, onun haqqında olan surə də 16 rəqəmi ilə nömrələnib. Sözü gedən surədə arının misalında insanlara məhəbbət aşılanır: Bal–arının gülə olan mə-həbbətinin nəticəsində yarandığı üçün həm Qərbdə, həm də Şərqdə məhəbbət rəmzi sayılır. Məhəbbət yandırıcı hiss olduğundan, bu söz «yanmaq», «alovlanmaq» sözü ilə yanaşı işlədilir. Bu hikmət kimya elmində də özünü eyni rəqəmlər altında büruzə verir. Belə ki, Mendeleyev cədvəlinin 16-cı elementi olan kükürd -məişətimizə yandırıcı bir vasitə kimi daxil olub. Həmçinin məhəbbət insana yaşamaq həvəsi, enerji (ruh) verdiyi kimi, kükürdün oksidləşməsindən yaranan sulfat turşusu da (H2SO4) akkumulyator istehsalında istifadə edilməklə, məişə-timizə enerji mənbəyi kimi daxil olub.
Məhəbbətdə iki tərəf iştirak edir və biri olmadan o biri yanmaz. Bu hal kimya elmində də özünü eyniylə büruzə verir. Belə ki, 16-cı element olan Kükürd, atom kütləsi 16 olan Oksigensiz yanmır. Ən maraqlısı da odur ki, Kükürdlə Oksigenin birləşməsində Kükürdün energetik səviyyələr üzrə elektronları 2 – 8 – 6 forması-nda yerləşir. Bunu da bütöv oxuduqda görürük ki, “Quran”ın səhifələrinin sayına işarədir. (“Quran” nazil olandan ta XIX əsrə qədər harada və nə vaxt çap olunması-ndan asılı olmayaraq 286 səhifədə yerləşdirilib; bu barədə aşağıda danışacağıq). Qeyd edim ki, 286 ədədinin əbcəd hesabı ilə cəmi (2 + 8 + 6) 16-ya bərabərdir ki, bu da “Quran”ın insanlara məhəbbət aşıladığını bir daha sübut edir:
«Siz bir-birinizi sevin ki, mən də sizi sevim». (Allah-təala. Qüdsi hədislərindən).
Atom kütləsi 16 olan və yanmanı təmin edən Oksigenin sıra nömrəsini (8) Kükürdün məhəbbət rəmzi olan sıra nömrəsinə - 16-ya vurduqda (8 x 16) alınan 128 ədədi «Bal arısı» surəsinin ayələrinin cəmini göstərir və elementlərlə surələr arasında olan əlaqəni bir daha təsdiq edir.
Diqqətinizi bal arısında olan digər xüsusiyyətin insanlarda özünü göstərməsinə cəlb etmək istəyirəm. Yuxarıda qeyd etdim ki, bal arısı gözəllik rəmzi olan gülə məhəbbət bəsləyir və ancaq onlarla təmasda olur. Xatırladım ki, təbiətin gözəlliyi gül-çiçək olduğu kimi, cəmiyyətin də gözəlliyi qadınlardır. Arının gülə olan mə-həbbətinin nəticəsində bal yarandığı kimi, insanın da (kişinin) qadına olan məhəbbətinin nəticəsində bal(a) yaranır və hər ikisi şirindir. Çünki ikisi də məhəb-bətdən yaranır. «Bala baldan şirindir» məsəli də məhz bu hikmətdən doğur. Allah bal arısını həm də ailə, dövlət və ordu qurmaq üçün insanlara nümunə yaradıb.
Yeri gəlmişkən qeyd edim ki, Allahın məhəbbətini qazanmağın yollarından biri də elmdir. Bu yolda çalışan insan (tələbə) hər kitabdan bir qədər elm (şirə) toplayır və nəticədə onun da əməyi "bal"la qiymətləndirilir.
Qeyd edim ki, Rəbbim elmi və imanı çox olan bəndəsini digərlərindən daha çox sevir. Bunu Loğman Peyğəmbərin simasında aydın görmək olur. Belə ki, Allah-təala kitab verdiyi bir çox peyğəmbərlərin adına “Quran”da surə göndərməsə də, ancaq təbabət elmi bəxş etdiyi bəndəsi Loğmanın (Salam olsun!) adına 31-ci surəni göndərdi. Bu fakt Rəbbimin elm adamlarına olan məhəbbətinin təzahürüdür.
-Xəbərlə işləyən bir peşənin nümayəndəsi olaraq məni bir məsələ maraqlandırır: niyə bəd xəbər cəmiyyətdə daha sürətlə yayılır? Buna elmi-ladunla bir izah verə bilərsinizmi?
-“Quran”ın 13-cü surəsi «Göy Gurultusu» adlanır. Göy gurultusunun enerji pro-sesi olduğu və həyəcan yaratdığı hamıya məlumdur. Surədə deyilir: «Göy gurultusu Onun şəninə təriflər deyir. O, ildırımlar göndərib (kafirlər) Al-lah barəsində mübahisə edərkən, onlara istədiyini vurar. Allahın cəzası şiddətlidir!» (13:13)
Mendeleyev cədvəlinin 13-cü elementi isə Alüminiumdur. Elektrik ötürmə qabi-liyyəti yüksək olduğundan, alüminium energetika (!) sənayesinin özəyini təşkil edir.
13 rəqəmi həm “Quran”da, həm də fizikada həyəcan rəmzi sayılır (göy gurultusu insanda da həyəcan yaradır). Təsadüfi deyildir ki, hidrogen atomunun enerji qəbul et-məmiş (həyəcanlanmamış) yükü 13 EV-dur. Hidrogen atomu enerji qəbul etdikdə hə-yəcanlanır və yükünü ötürməklə boşalır.
İnsanlar arasında bəd xəbərin tez yayılması da həyəcanlanma ilə bağlıdır. Belə ki, bəd xəbərin enerji yükü mənfi olduğundan, onu qəbul edən insan həyəcanlanır və yükünü ötürməyə çalışır. Bu halı atomun və təbiətin həyəcanlanması (göy gurultusu) ilə müqayisə etdikdə, çox böyük oxşarlıq görünür. İnsan həyəcanlı xəbəri qəbul etdikdə ona ilk reaksiyanı bağırsaq verir: bu vaxt bağırsaqda sancı yaranır. Mraqlıdır ki, insan bağırsağının da 13 (!) metr olduğunu artıq biologiya elmi sübut etmişdir.
Həmçinin təbiət öz həyəcanını (yükünü) yağışla boşaltdığı kimi, insan da bəd xəbərdən aldığı həyəcanı bir çox hallarda göz yaşı ilə boşaldır.
“... Şübhəsiz ki, bunda (bu deyilənlərdə) düşünən insanlar üçün neçə-neçə dəlillər vardır!” Quran, 13:3.
-Təcrübədən məlumdur ki, bir çox xəstələr peyğəmbərlərin, yəni, elmi-ladun sahiblərinin ziyarətində şəfa tapırlar. Bunu məşğul olduğunuz ladun elmi ilə necə izah edərdiniz?
-Yuxarıda qeyd etdiyim kimi, Allah-təala kainatı fizikanın qanunları ilə idarə edir. Odur ki, sualınıza cavab vermək üçün diqqətinizi tester cihazına və onun funksiyaları ilə kəramətli adamların funksiyası arasında olan eyniliklərə cəlb etmək istəyirəm. Fiziklər bu aparatı yaxşı tanıyırlar. Fizik olmayanlar isə, bu aparatın adını bilməsələr də, özünü çox görüblər. Belə ki, sovet dönəmində evlərimizə çağırdığımız televizor ustalarının demək olar ki, hamısının əlində bu aparatdan olurdu. Aparatın çoxsaylı funksiyalarından biri dəyişən (ürəyin kardioqramında olduğu kimi qalxıb-enən) cərəyanı sabit (düzxətli) cərəyana çevirməkdən ibarətdir.
Qeyd edim ki, cihazlarda yaranan bu cür problem enerji (ruh) daşıyıcısı olan insanda da bir çox hallarda özünü büruzə verir. Yəni, insanın halı və yaxud bir məsələyə, bir şəxsə münasibəti dəyişkən (gah yaxşı, gah da pis) olur. Ruhumuzda müşahidə olunan bu cür qeyri-sabit hallar neqativ təsirdən yaranır. Bu cür hal yaşayan adamlar adətən qəti qərar verməkdə çətinlik çəkirlər. Ailə qurmaq, iş görmək istiqamətində bir addım atmaq istəyəndə hədsiz tərəddüd edirlər və bu gün verdikləri qərarı sabah öz ziyanlarına dəyişirlər. Yəni, sabit bir fikrə malik olmayıb, tez-tez fikirlərini dəyişirlər. Belə şəxslər həm də yuxudan tez-tez diksinib oyanırlar, qranlıqdan qorxurlar, özlərinə qapanır və bəzi (ağır) hallarda intihara meyilli olurlar. Bütün bunlar yuxarıda qeyd etdiyim kimi, neqativ təsirin əlamət-ləridir.
Hələ ta qədimdən son 30-40 ilə qədər (tibb elmi xeyli inkişaf edənədək) bu cür problemlərlə qarşılaşan insanlar yaşadıqları ərazidə olan kəramət sahiblərinə (elmi-ladun sahiblərinə) üz tutar, dərdlərini onlara danışar və onların xeyir-duası ilə öz-lərində sağlam, xoş əhval (oxu: sabit cərəyan, enerji) hiss edərdilər.
Peyğəmbərlərin və digər kəramət sahiblərinin bu funksiyası fizikada tester cihazının funksiyası ilə üst-üstə düşür…
Mövlanə Cəlaləddin Rumi kəramət sahiblərini mənəvi həkimlər adlandırır və onları maddi həkimlərlə (tibb işçiləri ilə) belə müqayisə edir:
“O zahir həkimlər başqadır, onlar ürəyə nəbzi tutaraq baxırlar və verdikləri əczalarla (dərmanlarla) insanın cismini müalicə edirlər. Mənəvi həkimlər isə, nəbzi tutmadan ürəyə baxırlar və Allahın bəxş etdiyi elmlə (elmi-ladunla) insanın ruhunu müalicə edirlər. Onların dəlilləri kəşf, ilham və sirri-İlahidir”.
Bu mənada peyğəmbərlər və kəramət sahibləri də mənəviyyat həkimləridirlər ki, nəbzi tutmadan ürəklərə baxarlar.
Bildiyimiz kimi kompyuter insanın alt kopyası olaraq yaradılmışdır. Virus düşən kompyuterin donduğunu və ondan müxtəlif fayl və proqramların silindiyini tez-tez müşahidə edirsiniz. Neqativin insana təsirini virusun kompyuterə təsiri ilə müqayisə etmək olar: insandan həyat eşqini yox edir... Belə halda insan kəramətli bir Allah dostunu, elmi-ladun sahibini ziyarət edərsə ondan aldığı müsbət enerji ilə qəlbində sabitlik (düzxətli enerji) yaranır və pozulmuş həyat eşqi (məhəbbət) bərpa (vostonavit) olur...
Necə ki, Rəbbim buyurur:
“Peyğəmbəri çağırmağı öz aranızda bir-birinizi çağırmağınızla eyni tutmayın! (Və ya Peyğəmbərin duasını öz duanız kimi hesab etməyin. Onun duası, sizinkilərdən fərqli olaraq, Allah dərgahında mütləq qəbul olunar)...” “Quran”, 24:63
-İndiyədək ateistlər Allahın varlığını inkar etmək üçün darvinizm və dialektikanın qanunlarından istifadə ediblər. Doğrudanmı bu qanunlar Allahı inkar edir?
- Bu qanunun mahiyyətinə vardıqda görürük ki, darvinizm nəinki “Quran”ı və Allahı inkar etmir, əksinə, onları təsdiq edir. Belə ki, “Quran” bütün kainatı özündə əks etdirən səmavi kitabdır. Kainat isə kimyəvi elementlərin birləşməsindən yarandığından, bu müqəddəs kitabda surə-lərin düzülüşü ilə, elementlərin dövri sistemdəki düzülüşü arasında məntiqi bir uy-ğunluq vardır. Araşdırmalarımız göstərir ki, həm “Quran”ın, həm də dövri cədvəlin düzülüşü böyük fəlsəfi əhəmiyyətə malikdir. Onların hər ikisi dialektik materiali-zmin qanunlarını – sadədən mürəkkəbə, kəmiyyət dəyişikliyinin keyfiyyət dəyişik-liyinə keçməsi, əksliklərin vəhdəti və mübarizəsi, inkarı inkar qanunlarını əks etdirir.
Belə ki, “Quran”ın əvvəlki surələri nə qədər mülayimdirsə, sıra nömrələri art-dıqca surələr sərtləşməyə dogru gedir. Bu da sadədən mürəkkəbə və kəmiyyət də-yişikliyinin keyfiyyət dəyişikliyinə keçməsi qanunlarına uyğundur.
Dövri sistemdə bu hal dövrlərdə nömrələr artdıqca, metallıq xassəsinin azalıb, qeyri-metallıq xassəsinin artması ilə özünü göstərir. Bundan başqa, surələr ikili xassə göstərir. Yəni onlar həm müsbət, həm də mənfi yüklə (vəhylə) yüklənmişdir ki, bu da dialektikanın əksliklərin vəhdəti və mübarizəsi qanununa uyğundur. Men-deleyev cədvəlində bu hal eyni elementin ikili (həm müsbət həm də mənfi) xassəyə malik olması ilə özünü göstərir
Yeri gəlmişkəm, ikili xassəyə malik olma Allahın yaratdığı digər bioloji varlıqlar kimi, insanda da özünü aydın göstərir. Yəni, qarşılaşdığı adamdan asılı olaraq, hər bir insan, kimyəvi elementlər kimi, gah mənfi, gah da müsbət xassə nü-mayiş etdirir. Buradan açıq-aşkar görünür ki, indiyədək Allahı inkar etmək üçün istifadə edilən dialektikanın qanunları, əslində Allahı və “Quran”ı təsdiq edir.
ANONS
-Etiraf etməliyik ki, qanuni oğrular bu gün cəmiyyətə çox böyük nüfuz etməkdədirlər və demək olar ki, həlledici, böyük söz sahibidirlər. Bu səbəbdən cəmiyyətdə kriminal hadisələr çoxalmışdır. Bunu nə ilə izah edərdiniz?
-Paşa bəy, sənət adamlarının demək olar hamısı gileylənirlər ki, kənar yerlərdə sənətimizə yüksək qiymət verildiyi halda, öz doğulduğumuz yerin insanları bizə qiymət vermirlər. Bunun sirri nədir?
-Deyilənə görə bu dünya ilə o biri dünya arasında “Sirat körpüsü” adlanan bir körpü var. Bu körpü hansı funksiyanı yerinə yetirir?
-Niyə indi kəramət sahibləri yetişmir və yaxud o qədər nadirdir ki, nəzərə çarpmırlar?
-Nostradamusun kitabında bir cümlə var: “Gül əkin, gül becərin”. Amma, bunun izahını vermir? Sizcə Nostradamus niyə məhz bu tövsiyəni verirdi?
-İnsanda bəsirət gözü adlanan bir gözün olduğu deyilir və bəzi adamlarda açıq olur. Bu gözü necə açmaq olur?
-Üç www işarələrinin insanda da olduğunu dediniz və bunların bəsirət gözünü açan nöqtələr olduğunu bildirdiniz. Bəs internetdə istifadə etdiyimiz «@» işarəsi necə, o da insanda varmı?
-Quran Sizin üçün nədir?
-Astronomik hadisələrlə yerdəki daşqınlar və digər təbii fəlakətlər arasında əlaqə varmı? Varsa bunu necə sübut edərdiniz?