Suriyadakı Hmeymim rus bazasını qoruyan “Pantsir-S1” zenit raket kompleksləri faydasızdır.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
Latakiyada xidmət aparan zabitlərə istinadla verilən məlumata görə, “Pantsir” sistemləri demək olar ki, dronlar kimi kiçiksürətli hədəfləri belə yaxalaya bilmir. Sistemin effektsizliyi fonunda isə “Tor-M2U” komplekslərinin səmərəliliyindən bəhs olunub. Belə ki, Hmeymim ətrafında hər gün çoxlu PUA və dron vurulmasına baxmayaraq, bunları hansı sistemlərin zərərsizləşdirməsi qeyd olunmayıb.