İrana sanksiyalar mənzil satışı və kirayə bazarında qiymətlərə artırıcı təsir göstərəcək.

5-11-2018, 20:18           
İrana sanksiyalar mənzil satışı və kirayə bazarında qiymətlərə artırıcı təsir göstərəcək.
Teref.az iqtisadçı ekspert Qubad İbadoğluya istinadən yazır ki, bu gündən ABŞ-ın İrana qarşı sanksiyaları qüvvəyə minir. Bu sanksiyaların Azərbaycana təsirlərinin ictimai maraq doğuracağını nəzərə alaraq bəzi fikirlərimi bölüşmək istərdim.
Əvvəla, sanksiya Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisində çətinliklər yaradacaq. Azərbaycan üzərindən Rusiya İran ticari-investisiya münasibətlərinə mənfi təsir göstərəcək. Eləcə də İranla-Azərbaycan arasında rəsmi iqtisadi əlaqələr də zəifləyəcək. Lakin, bu sanksiya İran mənşəli sərmayələrin və köçürmələrin Azərbaycan üzərindən həyata keçirilməsini stimullaşdırmaqla, Azərbaycan iqtisadiyyatına müsbət impulslar verəcək. Xüsusilə də Azərbaycanın paytaxtı Bakı şəhərinin əmlak və kapital bazarına İrandan sərmayələr artacaq. Bu təbii ki, torpaq, mülk, mənzil satışı və kirayə bazarında qiymətlərə artırıcı təsir göstərəcək, amma valyuta bazarında sabitləşdirici rol oynayacaq. Bununla yanaşı, Azərbaycanda İran mənşəli biznes fəaliyyətləri də genişlənəcək, bir sözlə İrandan "qaçan" kapital Azərbaycanda bazar axtaracaq.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.