Azərbaycan və 3 ölkə nümayəndələri yubiley medalını almaqdan imtina edib - Yerevanda keçirilən QDİƏT PA-nın iclasında

27-11-2018, 12:48           
Azərbaycan və 3 ölkə nümayəndələri yubiley medalını almaqdan imtina edib - Yerevanda keçirilən QDİƏT PA-nın iclasında
Eyni anda dörd ölkə bu gün Ermənistan paytaxtı Yerevanda işinə başlayan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 52-ci iclasında yubiley medalını almaqdan imtina edib.

Teref.az "Report"a istinadən xəbər verir ki, giriş nitqindən sonra Ermənistan parlamentinin sədri Ara Babloyan təşkilatın 25 illiyi münasibətilə bütün milli nümayəndə heyətlərinin medallarla təltif olunacağını elan edib. Lakin birdən-birə dörd ölkənin - Azərbaycan, Türkiyə, Gürcüstan və Ukraynanın nümayəndə heyətləri medallardan imtina edib.

Məsələ ilə əlaqədar A.Babloyan mükafatın yalnız nümayəndə heyətinin rəhbərlərinə yox, bütün heyətə aid olduğunu bildirib.

QDİƏT PA-nın Baş katibi Asəf Hacıyev isə öz növbəsində deyib ki, bundan faciə düzəltmək lazım deyil.

Qeyd edək ki, QDİƏT PA-da Azərbaycan nümayəndə heyətinə deputat Eldar Quliyev rəhbərlik edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.