Saakaşvilidən ilk açıqlama: Tərəfdarlarını meydana çağırdı- TƏLƏB
28-11-2018, 21:55
“Bu seçkilər legitim deyil”. Cebhe.info xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bildirib. O, tərəfdarlarını etiraz aksiyalarına çağırıb və növbədənkənar parlament seçkisi tələb edib.
"Rustavi 2" telekanalında çıxış edən Saakaşvili "Yaxın günlərdə Gürcüstanın taleyi həll olunacaq. Hər kəsi birliyə çağırıram, biz mütləq qalib gələcəyik",- deyib.
Saakaşvili müşahidəçiləri məntəqələri qorumağa çağırıb:"Sona qədər mübarizə aparın. Bu, mübarizənin ancaq başlanğıcıdır. Biz kütləvi itaətsilziyə keçirik. Səhərdən dinc yolla İvanişvili hakimiyyətini bitirmək üçün mübarizəyə başlayacağıq."