ABŞ Ər-Riyada S-400-ün analoqunu verdi - 15 milyarda
29-11-2018, 10:20
Səudiyyə Ərəbistanı ilə ABŞ arasında yeni silah müqaviləsi imzalanıb.
Axar.az xəbər verir ki, bu məlumatı ABŞ Dövlət Departamenti yayıb. 15 milyard dollar dəyərində olan müqaviləyə əsasən, ABŞ Ər-Riyada THAAD raketdən müdafiə sistemləri verəcək. Dövlət Departamenti bu müqavilənin ABŞ-ın milli təhlükəsizliyinə və İran rejiminin ballistik raket təhdidiylə üz-üzə olan Fars körfəzinin qorunmasına müsbət təsir göstərəcəyini bildirib.
Qeyd edək ki, bu razılaşma çərçivəsində Səudiyyə Ərəbistanına 44 THAAD buraxılış qurğusu, 360 raket veriləcək.