Ukrayna Rusiyaya demişdi bu haqda? – Trampdan şok sual

29-11-2018, 10:22           
Ukrayna Rusiyaya demişdi bu haqda? – Trampdan şok sual
ABŞ Prezidenti Donald Tramp “Nyu York Tayms” nəşrinə müsahibəsi zamanı Kerç boğazında baş verən insidentdən danışıb.

Axar.az xəbər verir ki, Tramp Ukrayna gəmilərinin boğazdan keçərkən Rusiya tərəfinə xəbərdarlıq edib-etmədiyi məsələsinin aydınlaşdırılmalı olduğunu qeyd edib.

“Onlar boğazdan keçəcəkləri barədə məlumat vermişdilər?” - Tramp bildirib.

Onun sözlərinə görə, bu cür vəziyyətlərlə bağlı fəaliyyət mexanizmi olmalıdır və vəziyyətin həllinə Almaniya kansleri Angela Merkel cəlb olunmalıdır.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasındakı Azov böhranının mahiyyətində də bu dayanır. Belə ki, Krımı öz torpağı sayan Rusiya ərazini “daxili suları” hesab edir, Ukrayna və dünya isə Krımın işğalını tanımadığı üçün sözügedən su hövzəsi “neytral ərazi” statusundadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.