“MƏN HEÇ VAXT AZƏRBAYCAN ƏLEYHİNƏ ÇIXIŞ ETMƏMİŞƏM” - Ramazan Abdulatipov
30-11-2018, 16:18
Bir neçə gün əvvəl Dağıstan KİV-lərindən biri informasiyanı yaymışdı ki, Moskvada keçirilmiş "Xəzər dialoqu" Beynəlxalq energetika forumunun gedişatında Rusiya prezidentinin Xəzər regionu dövlətləri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov guya anti-Azərbaycan bəyanatı ilə çıxış edib.
Bildirilirdi ki, guya Ramazan Abdulatipov Azərbaycanın neftqaz sahəsində Amerika şirkətlərinin çox, Rusiya şirkətlərinin isə az təmsil olunduğundan hiddətini ifadə edib.
Bundan başqa, Azərbaycan nümayəndəsinin yanında, başqa qonaqlardan fərqli olaraq, ölkənin bayrağı olmayıb.
Virtualaz.org bildirir ki, Ramazan Abdulatipovun ofisində KİV-də yayılmış yalan məlumatı təkzib etməyə qərar veriblər. Rusiya prezidentinin xüsusi nümayəndəsi Ramazan Abdulatipovun bəyanatının surəti bu dəqiqələrdə haqqin.az-ın redaksiyasına da daxil olub.
Təkzib məktubunda nələr var? R. Abdulatipov həmin tədbirdə əslində nə deyib? Yalan məlumatı kimlər və nə məqsədlə yayıblar? Bu və digər sualların cavabı haqqin.az saytında dərc olunmuş müraciətdə.