«Rusiya ilə diplomatik münasibətlər bizə lazım deyil» – Ukrayna XİN

30-11-2018, 21:20           
«Rusiya ilə diplomatik münasibətlər bizə lazım deyil» – Ukrayna XİN
Ukraynanın xarici işlər naziri Pavel Klimkin Rusiyada 3,5 milyon ukraynalının olduğunu etiraf etsə də, Moskva ilə diplomatik münasibətlərin dayandırılmasının tərəfdarı olduğunu bildirib («İnterfaks»).
«Hesab edirəm ki, Rusiya ilə diplomatik münasibətlər bizə lazım deyil. Mən, hətta bir sıra ölkələrlə bizi təmsil etmək barədə danışıq da aparmışam. Onlar da bütün miqyası nəzərə alaraq, dəqiq bildiriblər ki, yalnız «formal poçt qutusu» ola bilərlər» - deyə, nazir cümə axşamı «Hakmiyyət hüqüqu» tok-şousunun efirindən bildirib.

Nazir əlavə edib ki, Rusiya ərazisində 3,5 milyon ukraynalı var. Onun fikrincə, xarici ölkələrin diplomatları «onlar üçün Ukrayna diplomatlarının etdiklərini edə bilməzlər».
Klimkin Rusiya ilə biometrik viza rejiminin tərəfdarı olduğunu bildirib.
Xatırladaq ki, Pavel Klimkin bazar ertəsi bəyan etmişdi ki, ukraynalı «siyasi dustaqlar»ı köməkdən məhrum etməmək üçün Ukrayna Rusiya ilə diplomatik münasibətləri qırmayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.