Tramp senatorların xəfiyyə ilə görüşünə imkan vermədi

1-12-2018, 08:44           
Tramp senatorların xəfiyyə ilə görüşünə imkan vermədi
ABŞ Prezidenti Donald Tramp senatorların qətlə yetirilən jurnalist Camal Qaşıqçı ilə bağlı Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspeli dinləməsinə imkan verməyib.

Axar.az xəbər verir ki, bu iddia ilə "Nyu York Tayms" qəzeti çıxış edib.

Qəzet iddia edir ki, Ağ Ev rəhbərliyi Senata Qaşıqçı ilə bağlı hesabat verəndə Haspel orada iştirak etməyib. Tramp böyük ehtimalla senatorların Haspeli dinləyərkən cinayətin nə qədər qarışıq olacağını anlayacağından, eləcə də əmrin Ər-Riyad rəhbərliyindən gəlməsinin ortaya çıxacağından ehtiyatlanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.