ABŞ Azərbaycana səfir göndərməyi niyə təxirə saldı? –Pol Qobl:"Burada erməni lobbisinin xidməti yoxdur"

2-12-2018, 10:01           
ABŞ Azərbaycana səfir göndərməyi niyə təxirə saldı? –Pol Qobl:"Burada erməni lobbisinin xidməti yoxdur"
Bu həftə Amerikanın Erməni Milli Komitəsi (AEMK) məlumat verdi ki, ABŞ Senatının Xarici işlər üzrə komitəsi Azərbaycana səfir təyinatını təxirə saldı.
AEMK-nın icraçı direktoru Aram Ambaryananın sözlərinə görə, Amerika erməniləri Konqresin ABŞ-ın Azərbaycanla ikitərəfli əlaqələrinə daha diqqətlə baxmaq qərarını alqışlayırlar, çünki ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton Azərbaycana Amerika silahını satmağı təklif edib. Amma Con Boltonun bu təklifi ilk növbədə Yerevana ünvanladığını AEMK-də nədənsə yada salmamağı üstün tutublar.

Dinləmələrdə, hansında ki, Erl Litsenberqerin namizədliyinin müzakirəsi təxirə salınıb, məşhur erməni lobbisti, senator Robert Menendes “Azərbaycanın təcavüzkar ritorikası haqqında” bir sıra suallar verdi. Erl Litsenberqer onlara cavab olaraq bildirdi ki, ABŞ üç istiqamət üzrə işləyir: gücün tətbiq edilməməsi, ərazi bütövlüyünə hörmət və öz müqəddəratını təyin etmə hüququ.

Ancaq senator Menendesə bu kifayət etmədi və o, Amerika diplomatına digər məsələlərlə bağlı çoxlu suallar verdi və buna görə Amerikanın Erməni Milli Komitəsindən rəsmi minnətdarlıq aldı.

Bununla belə, ABŞ dövlət katibinin postsovet məkanı üzrə xüsusi müşaviri olmuş ekspert Pol Qobl bildirib ki, ABŞ-ın Azərbaycana göndərmək istədiyi səfirin namizədliyinin müzakirəsinin təxirə salınmasınada erməni lobbisinin heç bir xidməti yoxdur.

“Hər şey təqvimlə bağlıdır. Dekabrda Senat üzvlərindən iş üçün daha çox vaxt tələb olunur, onlar sadəcə çatdırmırlar. Ona görə də senatorlar Amerikanın Bakıdakı dipmissiya başçısı postuna namizəd məsələsinə 1 yanvar 2019-cu ildən sonra qayıdacaqlar”, – deyə Pol Qobl vurğulayıb.

Amerika eksperti onu da xüsusi vurğulayıb ki, ABŞ-ın Azərbaycana səfir təyinatı ilə bağlı səsvermənin təxirə salınması heç bir halda Bakı və Vaşinqton arasında münasibətlərin səviyyəsinin hər hansı şəkildə düşməsi demək deyil. (Virtualaz.org)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.